Rusiyada yaşayan həkim-stomatoloq Sabit Əliyev Prezidentə dəstək məktubu ünvanlayıb
Rusiya Yazıçılar İttifaqının üzvü olaraq “F. M. Dostoyevski” və “Sergey Yesenin” medallarına layiq görülən yazıçı, həkim-stomatoloq Sabit Əliyev Prezident İlham Əliyevə dəstək məktubu ünvanlayıb. “Diaspornews.az” Prezidentin saytına istinadla həmin məktubu təqdim edir: “Əziz və hörmətli Prezident, Rusiyada yaşayan yazıçı olaraq Azərbaycanda 2024-cü ilin fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində Sizin namizədliyinizi birmənalı şəkildə dəstəkləyirəm. Harada yaşamağımızdan asılı olmayaraq hamımızı Azərbaycana böyük məhəbbət hissi birləşdirir. Fəxrlə bildirirəm ki, Azərbaycan Sizin Prezidentliyiniz dövründə həqiqətən də tarixi qələbələr əldə edib. Siz Azərbaycan dövlətinin inkişafı üçün parlaq düşünülmüş strategiya həyata keçirirsiniz. Sizin ali dövlət vəzifəsində fəaliyyətiniz Azərbaycan-Rusiya münasibətlərinin də hərtərəfli dərinləşməsinə və möhkəmlənməsinə töhfə verib. Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun möhkəmlənməsinə Rusiyada yaşayan azərbaycanlılar da ürəkdən sevinirlər.
Cənab Ali Baş Komandan, qalib dövləti və qalib xalqı xaricdə təmsil etmək olduqca qürurvericidir. Bir yazıçı olaraq əsərlərimlə xaricdə Azərbaycanı təbliğ etməkdən və ümumiyyətlə, azərbaycanlı olmağımdan qürur duyuram. Torpaqlarımız işğaldan azad olunduqdan sonra fəxarət hissimiz daha da artıb. Siz dünya azərbaycanlılarına çox böyük sevinc bəxş etmisiniz. Bu sevinc və qürur hissini yeni əsərlərimdə məmnuniyyətlə qeyd edirəm. Əminəm ki, yalnız Sizin rəhbərliyinizlə tarixi Vətənimiz bundan sonra da sürətlə inkişaf edəcək, dünya siyasi arenasında daha mühüm rol oynayacaq, Qarabağımız tam dirçələcəkdir.
Azərbaycan xalqı Sizə inanır, güvənir. Biz Sizi hər zaman Azərbaycanın alternativsiz Lideri olaraq görürük. İnanıram ki, fevralın 7-də keçiriləcək seçkilərdə Siz yenidən böyük səs çoxluğu ilə qalib gələcəksiniz.
Sizə tükənməz enerji, Vətən və xalq naminə görəcəyiniz işlərdə uğurlar arzu edirəm”.