Bu gün TAİB üzvləri Elmlər Akademiyası parkında kitab festivalına qatılıblar

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Bu gün Tür Ağsaqqalları Birliyinin üzvləri Elmlər Akademiyası parkında kitab festivalına qatılıblar

 İyunun 5-dən AMEA-nın Əsas binasının önündəki Elmlər Akademiyası parkında İkinci Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirilir. Festivalın bu günü türk tarixi ədəbiyyatına həsr olunub. İyunun 8-də saat 10:00 -da başlayan panel Türk Ağsaqqalları Birliyi – TAİB-in Qadınlar Şurasının sədri, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun “Türk xalqlarının entoqrafiyası” şöbəsinin müdiri, Dünya Türkologiya Mərkəzinin sədri, t.e.d. türkoloq Gullu Yoloğlunun moderatorluğu ilə keçirilib.

Agsaqqallar.com xəbər verir ki, II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində “Türk xalqları” paneli özünəməxsusluğu ilə seçilib. Akademik İsa Həbibbəylinin rəng qatdığı paneldə növbəti çıxışçı TAİB-in Qadınlar Şurasının üzvü, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Türk xalqları ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə doktoru Xuraman Hümmətova olub.

Qeyd edək ki, festival Beynəlxalq Türk Müəllifləri Birliyinin təşkilatçılığı, Azərbaycan Yazıçılar Birliyi (AYB), Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Milli Məclisin Mədəniyyət komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası, Bakı Şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TÜRKPA, Yunus Əmrə İnstitutu, İLESAM və digər qurumların dəstəyi ilə keçirilir.
Festival hər gün bir ölkənin adı ilə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Macarıstan günü kimi adlandırılacaq. Festivalda türk folklor nümunələri də sərgilənir.

Mətbuat xidməti

    

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR