Novqorodda Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun şərəfinə ucaldılmış xatirə lövhəsinin açılışı olub

Yazı fontunu küçültür Yazı fontunu büyütür

20 dekabr 2023-cü il tarixində Novqorod vilayətinin Starorusski rayonunun Naqovski kənd qəsəbəsində tarixi əlamətdar hadisə baş verdi: azərbaycanlı, Sovet İttifaqı Qəhrəmanı İsrafil Məhərəm oğlu Məmmədovun şərəfinə ucaldılmış xatirə lövhəsinin açılışı olub. İsrafil Məmmədov köhnə rus torpağı uğrunda qəhrəmancasına döyüşmüş və bu yüksək mükafata layiq görülmüş ilk azərbaycanlı olmuşdur.
2015-ci ildə Böyük Vətən Müharibəsi illərində göstərdiyi şücaət, mətanət və kütləvi qəhrəmanlığa görə həmyerlimiz İsrafil Məmmədovun cəsarətlə döyüşdüyü Staraya Russa şəhəri “Hərbi Şöhrət şəhəri” adına layiq görülüb.
Novqorod vilayətinin Starorusski rayonunun minnətdar nəsilləri və sakinləri müxtəlif millətlərə və dinlərə baxmayaraq, çiyin-çiyinə faşizmi məğlub edən sovet xalqının müdafiəçilərinin xatirəsini müqəddəs şəkildə yad edirlər. Bu müdafiəçilərdən biri də Starorusski rayonu ərazisində qəhrəmanlıq göstərmiş Qızıl Ordu əsgəri İsrafil Məmmədov idi.
Regionlararası ictimai təşkilat “Novqorod Torpaöğı” vətəndaş birliyinin möhkəmləndirilməsi və millətlərarası münasibətlərin uyğunlaşdırılmasına yönəlmiş “Unutmayın, unutmamalıyıq: SSRİ xalqları köhnə rus torpağında nasist işğalçılarına qarşı mübarizədə” layihəsi hazırlayıb.
Bu layihə çərçivəsində Sovet İttifaqı Qəhrəmanı Məmmədov İsrafil Məhərəm oğlunun şərəfinə xatirə lövhəsi vurulub.
Bu tədbirlə əlaqədar xatirə lövhəsinin təntənəli açılışına “İki dəfə Sovet İttifaqı Qəhrəmanı, qvardiya general-mayoru Həzi Aslanov adına Böyük Qələbə Varislərinin Birliyi” rayon ictimai təşkilatı dəvət olunub. “İki dəfə Sovet İttifaqı Qəhrəmanı, qvardiya general-mayoru Həzi Aslanov adına Böyük Qələbə Varislərinin Birliyi”nin sədri Əli Kazımov çoxmillətli Vətənimizin adət-ənənələrini və qəhrəmanlarının xatirəsini yaşatdıqlarına görə tədbirin təşkilatçılarına və əlamətdar hadisənin keçirilməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib.
Xatirə lövhəsinin açılışından sonra Naqovski kənd qəsəbəsindəki məktəbdə şagirdlərlə görüş olub. İclasın sonunda Moskva Müharibə Veteranları Komitəsinin İnformasiya Komissiyasının üzvü, “İki dəfə Sovet İttifaqı Qəhrəmanı, qvardiya general-mayoru Həzi Aslanov adına Böyük Qələbə Varislərinin Birliyi”inin sədr müavini Silina İrina Cəfərovna məktəb muzeyinə “Böyük Hərbi Qələbələr” adlı plakatlar dəstini hədiyyə etmişdir.
Tədbir ən yüksək vətəndaşlıq və vətənpərvərlik səviyyəsində keçirilib.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR