" />

TAİB-in Gənclər Təşkilatı 1-ci Turan Kitab Festivalında iştirak ediblər

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Tanınmış tarixçi alim, məşhur antropoloq və etnoqraf, BDU-nun Tarix fakültəsinin Arxeologiya və Etnoqrafiya kafedrasının müdiri, Əməkdar müəllim Kərəm Məmmədovun “I- Turan Kitab Festivalında” – audio kitablarının sərgisi keçirilib.

Sərgidə TAİB-in Gənclər təşkilatının sədri Sübhan Xıdırzadə, müavinləri Elgün Rüstəmli, Qədir Quliyev və üzvləri iştirak etmişdir. Tədbirdə əsasən Türk Xalqlarının tarixi mövzusunda müzakirələr aparılmış və gənclər də müzakirə prosesində fəallıq göstərmişdir. Gənclər üçün məhsuldar keçən görüşdə TAİB-in gəncləri xüsusi ilə seçilərək tədbir iştirakçılarının və təşkilatçılarının rəğbətini qazanmışlar.

Qeyd edək ki, TAİB-in Gənclər Təşkilatının üzvüləri bütün dövlətəhəmiyyətli tədbir, aksiyalarda da fəallıqları ilə seçilirlər.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR