“8-ci Beynəlxalq Sosial Elmlər Konfransı” keçirilib
16-17 dekabr tarixlərində “Polytechnic Institute of Portalegre” -nin ev sahibliyi ilə 8-ci beynəlxalq Sosial Elmlər Konfransı ( 8th International CEO and Social Sciences Congress) keçirilib. Sahibkarlar, alimlər, doktorantlar, incəsənət xadimləri, QHT, dövlət və özəl sektor nümayəndələrinin iştirakı ilə keçirilən konqresin məqsədi insan, sosial və mədəni kapitalın inkişaf etdirilməsi məsələlərini müzakirə etməkdir.
Beynəlxalq konqresdə dünyanın 30-dan çox ölkəsinin 200-dən çox aliminin məruzələri dinlənilib.
Ölkəmizi beynəlxalq tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Siyasi idarəetmə” fakültəsinin dekanı, “Dövlət qulluğu və kadr siyasəti” kafedrasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru Mürtəza Həsənov təmsil etmişdir. Təmsilçimiz müəllifi olduğu mövzu ilə bağlı konfrans iştirakçılarına məlumat verərək iştirakçıların suallarını cavablandırdı.