Serdar Ünsal:”İqdırda “Haydar Aliyev Fen Lisesi”-də Ulu Öndər ehtiramla anıldı”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 

 

“Azərbaycanın ümummili lideri Heydər Əliyevin əziz xatirəsi onun adına olan liseydə ehtiram və məhəbbətlə anılıb. Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyası, İqdır Azərbaycan Evi və Haydar Aliyev Fen Lisesinin təşkilatçılığı ilə keçirilən mərasimdə Heydər Əliyevin şəxsiyyəti, onun Azərbaycan-Türkiyə münasibətlərindəki rolu və Türk dünyası qarşısındakı xidmətlərindən söhbət açılıb”

 

Bunu Agsaqqallar.com saytına açıqlamasında TAİB İdarə Heyətinin üzvü, Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının sədr müavini, İğdır Azərbaycan Evi Dərnəyinin rəhbəri Serdar Ünsal deyib.

 

S.Ünsal vurğulayıb ki, liseyin direktor müavini Mehmet Ali Pamukun hazırladığı proqram Mustafa Kamal Atatürkün, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin və bütün şəhidlərin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi və iki ölkənin dövlət himnlərinin oxunması ilə başlayıb.  Liseyin direktoru Yavuz Bağcı çıxışında Heydər Əliyevin xatirəsini ehtiramla yad etdiklərini bildirərək deyib ki, ümummilli lider Heydər Əliyev və onun layiqli davamçısı, Azərbaycanın möhtərəm prezidenti İlham Əliyev Türkiyə-Azərbaycan qardaşlığının sarsılmaz tellərlə bağlı olduğunu bir daha dünyaya bəyan etmiş liderlərdir.

“Heydər Əliyev türk dünyasının yetişdirdiyi ən önəmli liderlərdən biridir. Tarixə nəzər saldıqda deyə bilərik ki, o, türk dünyasında iz qoyan liderlərdən biri olub. Bu gün vəfatının 20-ci ildönümüdür. Heydər Əliyev müasir Azərbaycanın, bu gün Azərbaycanın inkişafı və tərəqqisinin əsaslarını qoyan layihələri ilə Azərbaycanı Qafqazın parlayan ulduzuna çevirmiş liderdir. Ruslar və xarici dövlətlərin təzyiqi ilə  müstəqillik əldə etdikdən sonra vətəndaş müharibəsi, Dağlıq Qarabağ müharibəsi və iqtisadi böhran təhlükəsi ilə mübarizə aparan Azərbaycanın rəhbəri olmaqla ölkəsinin üzünə sabitlik və iqtisadi inkişaf qapılarını açdı və onun siyasəti ilə Azərbaycan lider dövlətlər sırasında addımladı. Məhz buna görə də Azərbaycanın lideri Heydər Əliyev Türk dünyasının önəmli şəxsiyyətləri sırasındadır. Naxçıvan Muxtar Respublikasında olarkən onu yaxından tanıdığım və görüşdüyüm üçün özümü xoşbəxt sayıram. O, Naxçıvanın ağır günlərində ermənilərə qarşı cəsarətli mövqeyi ilə erməniləri qorxuya salıb. Erməni blokadasında olan Naxçıvanı çətin vəziyyətdən xilas etdi. Ondan sonra isə Azərbaycan dünyaya günəş kimi doğan bir ölkə oldu. Allah Ulu Öndərə qəni-qəni rəhmət eləsin!”-deyə Sərdar Ünsal vurğulayıb.
Qeyd edək ki, tədbirdə MHP bələdiyyə seçkisinə namizəd Yaşar Çeçen, müəllimlər, tələbələr, QHT nümayəndələri və jurnalitlər iştirak ediblər.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR