Orxan Həsənoğlu “Avrasiya Xidmət Ödülü”nə layiq görülüb

Yazı fontunu küçültür Yazı fontunu büyütür

2012-ci ildə Şimali Kipr Türk Respublikasında fəaliyyət gösdərən Azərbaycan-Kipr Dostluq Cəmiyyəti iki qardaş ölkə arasında mühüm fəaliyyətlərə imza atıb. Diaspor təşkilatı olaraq ölkəmizin milli-mənəvi dəyərlərinin təbliğ olunmasında, soydaşlarımız arasında həmrəyliyin inkişaf etdirilməsində, Qarabağ probleminin yerli ictimaiyyətə və ölkədə təhsil alan əcnəbilərə düzgün çatdırılmasında AKDC-nin əhəmiyyətli xidmətləri olub.
Şimali Kipr Türk Respublikası ilə ölkəmiz arasında diplomatik münasibətlər mövcud olmasa da Azərbaycan-Kipr Dostluq Cəmiyyəti iki ölkə arasında körpü rolunu oynayıb. Mədəniyyət, təhsil, iqtisadi əlaqələrin inkişafı üçün mütəmadi olaraq layihələr həyata keçirib. AKDC-nin keçirdiyi tədbirlərə Azərbaycandan millət vəkilləri, QHT nümayəndələri, KİV təmsilçiləri mütəmadi olaraq dəvət alıblar və iştrak ediblər. Qarşılıqlı olaraq müxtəlif sahələrdə əməkdaşlıq üçün heyyətlərin bir-birləri ilə səmərəli iş qurulmasında töhfə verilib. 2023-cü ilin Oktyabr ayında isə ŞKTR prezidenti Ərsin Tatarın böyük bir heyət ilə ölkəmizə səfərinin baş tutmasında da Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin böyük əməyi olub. Bütün bunları diqqətdə saxlayan Eko Avrasiya Vəqfi idarə heyyəti cəmiyyətin sədri Orxan Həsənoğluna iki ölkə arasında əlaqələrin inkişafındakı xidmətlərindən dolayı “Avrasiya Xidmət Ödülü”nə layiq görüb.
Bununla bağlı mərasim təşkil olunub. Mərasimdə çıxış edən EkoAvrasiya rəhbəri Hikmət Eren rəhbərlik etdiyi qurumun fəaliyyətindən həs edib.

l

O bildirib ki, EkoAvrasiyanın əsas fəaliyyəti Türk dünyası və Avrasiya ölkələri arasındakı iqtisadi, mədəni və sosial əlaqələri gücləndirmək və bu əlaqələrə yardımçı olmaqdır.

Ödül Ankarada baş tutan mükafatlandırma mərasimi zamanı Orxan Həsənoğluna təqdim edilib.
Qeyd edək ki “Avrasiya Xidmət Ödülü” keçdiyimiz il ŞKTR prezidenti Ersin Tatar və Azərbaycanın şəhid generalı Polad Həşimov layiq görülüblər. Bu il isə Kırım Türklərinin lideri, Ukrayna parlamentonun millətvəkili Mustafa Əbdülcəmal Kırımoğluda ödül alanlar içərisində olub.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR