" />

Bakıda Azərbaycan, Özbəkistan, Türkiyə və Qırğızıstanın diaspor qurumları arasında Anlaşma memorandumları imzalanıb

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Paytaxtda Diaspor Məsələlərinə məsul Dövlət Qurumları Rəhbərlərinin Beynəlxalq Bakı-Şuşa Forumu çərçivəsində Azərbaycan, Özbəkistan, Türkiyə və Qırğızıstanın müvafiq qurumları arasında Anlaşma memorandumları imzalanıb.

Agsaqqallar.com “Report”-a istinadən xəbər verir ki, tədbir Forum Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Türk Dövlətləri Təşkilatının (TDT) tərəfdaşlığı ilə keçirilir.

Forumda iştirakçı qurumların 2023-cü il üçün diaspor üzrə birgə fəaliyyət planının və fəaliyyət strategiyası müzakirə olunur.

Diaspor Məsələlərinə məsul Dövlət Qurumları Rəhbərlərinin Beynəlxalq Bakı-Şuşa Forumu işini dekabrın 21-də Azərbaycanın və Türk dünyasının mədəniyyət paytaxtı Şuşada davam etdirəcək.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR