“Xalqımız böyük qürur hissi ilə Laçın rayonunun işğaldan azad olunması gününü qeyd edir”  

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Azərbaycanda dekabrın 1-i Laçın rayonunun işğaldan azad olunması günü olaraq tarixə düşüb. 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın imzalanması ilə əsası qoyulmuş siyasi, diplomatik və iqtisadi uğurlardan biri də  Laçın şəhərinin, Zabux və Sus kəndlərinin qan tökülmədən qaytarılmasıdır”. Bu fikiləri Sağlam Ailə və Uşaq İctimai Birliyinin sədri Səadət Məhərrəmova Laçın rayonunun işğaldan azad olunması haqqında danışarkən deyib.

Səadət Məhərrəmova deyib ki, 44 günıük Vətən müharibəsindən Azərbaycan ədalətli müharibə aparıb və öz ərazi bütövlüyünü bərpa edib: “Bu, tarixi ədalətin təntənəsi idi. Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, bizim başqa ölkələrin torpağında gözümüz yoxdur, ancaq öz torpağımızı biz heç kimə verən də deyilik. Xalqımız böyük qürur hissi ilə Laçının işğaldan  azad olunması gününü qeyd edir”.

Onun sözlərinə görə Laçında bərpa və quruculuq işləri istehsal müəssisələrinin yaradılması ilə paralel şəkildə davam etdirilir: “Bu işlərdən biri də Laçın rayonunun sənaye zonasında yaradılan mebel fabrikidir. Müəssisədə yataq və qonaq otaqları dəstlərinin, qapıların və digər mebel məhsullarının istehsalı nəzərdə tutulub. Fabrikin illik istehsal gücü 3 min kubmetrdir. Burada Avropa ölkələrinin, Türkiyə və Çinin istehsalı olan avadanlıqlardan, Türkiyə və Rusiyadan alınan xammaldan istifadə olunacaq. İstehsal sahələrində ümumilikdə 100 nəfərin işlə təmin olunması nəzərdə tutulub. Prefabrik modul evlərin istehsalı müəssisəsində isə ildə 200 ev hazırlanacaq. Bu evlərin daş evlərdən üstünlüyü ondan ibarətdir ki, onlar zəlzələyə davamlı və yüksək dayanıqlılıqla yanaşı, ekoloji cəhətdən təmizdir.2021-ci ildə Laçın rayonunda generasiya gücü 8 meqavat olan Güləbird Su Elektrik Stansiyası işə salınıb. İşğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaqdır. Göründüyü kimi Laçının strateji əhəmiyyəti daha da artır”.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR