" />

TAİB-in üzvləri Sumqayıt şəhidlərini ehtiramla anıblar-FOTOLAR

Yazı fontunu küçültür Yazı fontunu büyütür

TAİB-in üzvləri, təşkilatın Beynəlxalq Əlaqələr departamentinin rəhbəri Elnur Eltürk, Türkiyə Jurnalistlər Birliyinin və Türk Ağsaqqalları Birliyinin üzvü İzzet Sarı, “İnkişafa və İslahatlara” Dəstək İctimai Birliyinin sədri, Öndər. TV-nin təsisçisi Ramil Əliyev, jurnalist Əli Zülfüqaroğlu Sumqayıtda şəhid məzarlarını və şəhid ailələrinin ziyarət ediblər.
Azərbaycanın bütövlüyü uğrunda canlarından keçmiş şəhid ailəsində olan heyət görüşdə şəhidlərin ailə üzvlərilə söhbət zamanı qeyd edilib ki, Ali Baş Komandanımızın rəhbərliyi ilə şəhidlərimizin qisasının alınıb və düşmənə layiqli cavab verilib.
Bildiriblər ki, Azərbaycan Ordusu dövlətimizin qüdrətinin nümunəsi olmaqla yanaşı, həm də xalqımızın iftixar yeridir. Şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq.
Şəhid məzarlarını ziyarət edən üzvlər onların məzarlarına tər çiçəklər düzüb, ruhlarına fatehə oxuyublar!
Allah şəhidlərimizə rəhmət eləsin!
.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR