Arxangelskinin diaspor rəhbəri təltif olunub

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Ötən gün Moskvada, Serqo Orconikidze adına Rusiya Dövlət Geoloji Kəşfiyyat Universitetində “Neft-qaz sənayesinin formalaşması və inkişafı – Rusiya və Azərbaycan alim və mütəxəssislərinin töhfəsi” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Bu tədbir çərçivəsində “Arxangelsk vilayətinin Azərbaycan diasporu” Regional İctimai Təşkilatının rəhbəri Tərlan Qasımov N.K. Baibakov adına İqtisadi İnkişafa Yardım Fondunun elmi rəhbəri, Rusiya Elmlər Akademiyası Rəyasət Heyətinin baş elmi katibinin müavini, professor Aleksey Pavloviç Lyubimov tərəfindən təltif olunub. Belə ki, Tərlan Qasımova aktiv ictimai fəaliyyətinə görə “Baybakov Fondu”nun qızıl medalı təqdim edilib.
“Fəaliyyətimizə verilən yüksək qiymətə görə İqtisadi İnkişafa Yardım Fondunin İdarə Heyətinin sədri Aleksandr Savelyeviç Romaşinə, professor Aleksey Pavloviç Lyubimova və Fondun bütün əməkdaşlarına təşəkkür edirəm”,- deyə Tərlan Qasımov saytımıza bildirib.
Xatırladaq ki, Tərlan Qasımova bu medal 2022-ci ilin martında Rusiyanın Arxangelsk şəhərində M.V.Lomonosov adına Şimal Federal Arktika Universitetində görkəmli alim, tədqiqatçı, geoloq, Fərman Salmanovun adına elmi laboratoriyanın açılışına göstərdiyi dəstəyə görə verilib. Onu da deyək ki, bu, Fərman Salmanovla bağlı Rusiya miqyasında görülmuş ikinci işdir. Bundan əvvəl isə Serqo Orconikidze adına Rusiya Dövlət Geoloji Kəşfiyyat Universitetində Heydər Əliyev Fondunun dəstəyi ilə Fərman Salmanov adına auditoriya açılıb.

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR