Azərbaycan Prezidentinin regionda sülh çağırışı
Azərbaycanla sıx əməkdaşlıq və mövcud olan əlaqələrin daha da genişlənməsi, inkişaf etməsi Gürcüstan Baş naziri İrakli Qaribaşvilinin əsas prioritetlərindəndir
Gürcüstanda son hakimiyyət dəyişikliyinin azərbaycanlılar üçün ancaq müsbət nəticəsi oldu. Soydaşlarımızın yaşadığı Kvemo-Kartli bölgəsində ciddi ictimai-siyasi fəallıq müşahidə olunur. Bu baxımdan azərbaycanlılar Gürcüstanda keçirilən seçkilərdə aktivlik göstərirlər. Gürcüstanda 2014-cü ildə aparılan son siyahıyaalmaya əsasən, bu ölkədə tarixən yığcam halda yaşayan azərbaycanlı əhalinin sayı 233 min nəfər təşkil edib. Soydaşlarımız əsasən Kvemo-Kartli regionunun Marneuli, Qardabani, Bolnisi, Dmanisi, Tsalka və Tetristkaro rayonlarında, Rustavi şəhərində, Kaxeti, Şida-Kartli, Mtsxeta-Mitianeti bölgələrində və Acarıstan Muxtar Respublikasında, eləcə də paytaxt Tbilisi şəhərində məskunlaşıblar. Prezident İlham Əliyevin oktyabrın 8-də Tbilisidə rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanatında Cənubi Qafqazın inkişaf şərtinin mehriban münasibətlərin qurulmasının olduğunu deyib: “Əsrlər boyu bizim xalqlarımız mehriban qonşuluq və dostluq şəraitində yaşamışdır, bu gün də bu, belədir. Bu, həm ölkələrimiz üçün, həm bütün bölgə üçün çox vacibdir”. Qeyd etmək yerinə düşər ki, hazırki hakim dairələr öz çıxışlarında artıq dəfələrlə Gürcüstan azərbaycanlılarının məsələlərinə dair mövqeyini bildirərərk, onlara xüsusi təşəkkür ediblər. Gürcüstanın hakim “Gürcü arzusu – demokratik Gürcüstan” partiyası müdafiə naziri İrakli Qaribaşvilini ölkənin Baş naziri postuna gəldikdən sonra Azərbaycan respubluikası ilə əlaqəli də bəyanatları olub. Azərbaycanla sıx əməkdaşlıq və mövcud olan əlaqələrin daha da genişlənməsi, inkişaf etməsi Gürcüstan Baş naziri İrakli Qaribaşvilinin əsas prioritetlərindəndir.
Çox müsbət haldır ki, soydaşlarımzı artıq partiyalarda da təmsil olunurlar. Hakim “Gürcü arzusu” partiyasında da azərbaycanlılar təmsil olunur. Bundan başqa partiyanın digər sıralarında da azərbaycanlıların sayı az deyil. Gənclərimizin fəallığını xüsusi ilə qeyd olunmalıdır. Partiya tərkibində azərbaycanlı gənclərin sayı ildən-ilə artmaqdadır. Bu siyasət Gürcüstan azərbaycanlılarının Kvemo Kartli çərçivəsindən çıxması və soydaşlarımızın tam şəkildə ölkənin siyasi-ictimai həyatına qatılmasına dəlalət edir. Bu isə yeni hakimiyyət dövründə azərbaycanlıların sadəcə hansısa monitorinq nəticələrini doldurmaq üçün, sadəcə fiqur kimi vəzifəyə gətirilməyəcəklərindən söz edir. “Gürcü arzusu”nun konsepsiyası Gürcüstan azərbaycanlıları üçün müsbət bir dövrün başlanğıcından danışır.
Ölkələrimiz arasında parlamentlər səviyyəsində də fəal əməkdaşlıq əlaqələri mövcuddur. Hər iki ölkənin qanunverici orqanlarında birgə işçi qrupları var. Yeri gəlmişkən, Prezident İlham Əliyevin Gürcüstan səfərinin növbəti günü Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili Azərbaycan səfər edib. “Ölkələrimiz arasında yüksək səviyyəli səfərlərin sayının artması bir daha sübut edir ki, Azərbaycan ilə Gürcüstan arasındakı strateji tərəfdaşlıq kağız üzərində deyil. Bizim hər gün üzərində işlədiyimiz və real nəticələri olan göstəricilərimiz var”. Bu sözləri mətbuata açıqlamasında Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili söyləyib. Onun sözlərinə görə, ən böyük nailiyyət dövlət və hökumət başçıları arasında olan mövcud xüsusi münasibətlərdir.
Parlamentin sədri deyib ki, Gürcüstan etibarlı tərəfdaş kimi Azərbaycan ilə Ermənistan arasında vasitəçi olmağa hazırdır: “Bir gün əvvəl Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Tbilisidə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra bildirib ki, Gürcüstan regionda sülhün bərqərar olmasına öz töhfəsini verməyə və vasitəçi rolunu öz üzərinə götürməyə hazırdır”.
Onu da deyək ki, Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana səfəri və Baş nazir İrakli Qaribaşvili ilə görüşü, dövlət və hökumət başçılarının mətbuata açıqlamaları Gürcüstan KİV-lərinin diqqət mərkəzində olub. Geniş oxucu kütləsinə malik interpressnews.ge, ambebi.ge, radiotavisupleba.ge, palitranews.ge, apsny.ge, accentnews.ge, realnews.ge, 24news.ge, netgazeti.ge, primetime.ge, gaxa.ge, aktual.ge, 1tv.ge, qafqazturk.com informasiya portallarında, adjaratv.ge, 1tv.ge rustavi2 televiziya kanallarında silsilə materiallar dərc olunub və yayımlanıb.
Qeyd edək ki, Gürcüstanın İctimai Televiziyası (1tv.ge) ayrı-ayrı materiallarla yanaşı, dövlət və hökumət başçılarının mətbuata açıqlamalarını da birbaşa yayımlayıb.
İnterpressnews.ge portalı Prezident İlham Əliyevə istinadla yazır ki, iki ölkənin enerji, nəqliyyat və digər istiqamətlərdə çoxlu planları var. Prezidentin çıxışından gətirilən sitatda deyilir: “Biz – hər iki lider xalqlar arasında dostluğumuzu və tərəfdaşlığımızı möhkəmləndirmək üçün hər şeyi etmişik və edirik. Bu görüşlər çox tez-tez və ənənəvi xarakter daşıyır, ölkələrimizin bir-birinə daha da yaxınlaşmasına, dostluğun möhkəmlənməsinə xidmət edir”.
Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana işgüzar səfəri və Baş nazir İrakli Qaribaşvili ilə birgə mətbuata açıqlamaları Ukraynanın nüfuzlu KİV-lərinin diqqət mərkəzində olub. “Ukrinform”, “İnterfaks-Ukrayna”, “RBK-Ukrayna”, “Korespondent”, “Ukraynska Pravda”, “Yevropeyska Pravda”, “Slovo i Dilo” və digər media orqanlarında dərc olunan materiallarda Prezident İlham Əliyevin Ermənistanla bağlı fikirləri oxucuların diqqətinə çatdırılıb.
Dövlətimizin başçısının xüsusilə regionda sülh çağırışı Ukrayna KİV-lərinin diqqət mərkəzində olub. Qeyd olunub ki, rəsmi Bakı beynəlxalq aləmin Ermənistan ilə Azərbaycan arasında gedən normallaşma prosesinə dəstək göstərməsini alqışlayır. Əgər Ermənistan tərəfindən də razılıq olarsa, dərhal Azərbaycanın aidiyyəti qurumların rəhbərləri Gürcüstanda həm ikitərəfli, həm də üçtərəfli görüşə gedə bilərlər.
Soydaşlarımızın Gürcüstan cəmiyyətinə inteqrasiyası üçün kömək “Azərbaycanca-gürcücə luğət” hazırlanıb. Gürcüstanda yaşayan azərbaycanlıların Gürcüstan cəmiyyətinə inteqrasiyasını təmin etmək məqsədilə Azərbaycan məktəblərində gürcü dili kursları fəaliyyət göstərir. Eyni zamanda soydaşlarımızın Gürcüstan cəmiyyətinə inteqrasiyasına kömək məqsədilə Azərbaycan dövləti tərəfindən dərs vəsaitləri çap edilib. Bunlardan Alı Musayev və Novruz Bayramovun müəllifliyi ilə hazırlanan “Gürcü dilini öyrənənlər üçün dərslik”, “Gürcücə-Azərbaycanca danışıq lüğəti” və “Gürcü dilinin qrammatikasıdır” kitsblarının adının çəkmək ollar. Həmçinin gürcü dilinin qrammatikasına aid 300 dəst cədvəl hazırlanıb. Hər dəstdə müxtəlif məzmunda 44 ədəd cədvəl var. Bütün bu metodiki vasitələrdən Azərbaycan dili məktəblərində və gürcü dili kurslarında istifadə olunur.
Nurullayeva Zenfira İslam qızı
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin xor ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi