“Türk Dünyası Ağsaqqalları” qəzetinin baş redaktoru Azərbaycan xalqını belə təbrik etdi

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 

Əziz azərbaycanlılar, əziz xalqımız!
Sizi qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik günü münaibəti ilə təbrik edir, dövlətimizə, milllətimizə Yeni ilin düşərli olmasını arzulayıram! Qeyd edim ki, yola saldığımız 2017-ci il rəhbəri olduğum “Türk Dünyası Ağsaqqalları” qəzeti redaksiyası üçün də uğurlu il oldu. Biz bir neçə əhəmiyyətli layihəyə imza ataraq böyük uğur və nailiyyət qazandıq. Ən böyük mükafatımız isə Müdafiə Nazirliyi tərəfindən aldığımız təşəkkür oldu. Biz daim qaynar nöqtələrdə olmaqla yanaşı,hər il olduğu kimi bu il də əsgərlərimizi diqqətdə saxladıq, hərbi vətənpərvərlik ruhunun artmasına öz töhvəmizi verməyə çalışdıq. Bizə olunan müraciətlərə anında reaksiya verərək, operativ və qərəzsiz araşdırmalarla xalqa dayaq olmağa çalışdıq!
Əziz həmvətənlər!
Mən redaksiyamızın kollektivi adından və öz adımdan xalqımızı bayram münasibəti ilə təbrik edir, arzu edirəm ki, qarşıladığımız 2018-ci il qələbə ilimiz olsun!
Bayramınız mübarək!

Hörmətlə,
Ramin Ahmedov,

“Türk Dünyası Ağsaqqalları” qəzetinin baş redaktoru

 

Agsaqqallar.az

Bəsti İsrafilova

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR