Pakistan və Azərbaycan arasındakı əlaqələr xalqlar arasında ənənəvi dostluq və qarşılıqlı etimadın təzahürüdür

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana səfəri rəsmi Bakının beynəlxalq mövqeləri möhkəmləndirmək, müttəfiq ölkələrlə strateji tərəfdaşlığı inkişaf etdirmək istiqamətində daha bir uğuru kimi dəyərləndirilməlidir.

Cari ilin 15 iyununda Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin ölkəmizə rəsmi səfəri, aparılan danışıqların nəticələri bir daha göstərdi ki, Azərbaycan dost ölkə ilə münasibətləri ən yüksək səviyyəyə çatdırmaqda maraqlıdır. Daim bizim yanımızda olan, dəstəyini əsirgəməyən qardaş ölkə ilə münasibətlərdən məmnun olan ölkə başçısı cənab İlham Əliyev iki qardaş xalqın bundan sonra da bütün sahələrdə əmkdaşlıq edəcəyini, hər bir məsələdə bir-birinə dəstək verəcəyini bildirən bəyanatla çıxış etdi.
Ölkə başçısı qeyd etdi ki, “Ölkələrimiz arasında münasibətlər birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub. Biz Pakistana minnətdarıq ki, işğal dövründə Azərbaycana dəstək verib və 44 günlük Vətən müharibəsi zamanı da bizə güclü dəstək göstərib.
Pakistan Ermənistan ilə diplomatik münasibətlər qurmayan ölkədir və bu, məhz işğal səbəbindən baş vermişdir. Bu isə qardaş ölkə mövqeyidir, buna görə mən minnətdaram.”
Türkiyə ilə yanaşı, Pakistan da ötən 30 il ərzində Azərbaycan torpaqlarını işğal etdiyinə görə işğalçı Ermənistanla diplomatik münasibətlər qurmayan və müxtəlif tribunalardan işğalçı ordunun Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən ikinci dövlətdir. Öz növbəsində, Azərbaycan da Kəşmir problemində İslamabadın mövqeyini daim dəstəkləyib və ölkəmizin iştirak etdiyi layihələrdə Pakistanın da tam iştirakı üçün ona hərtərəfli dəstək verib. Bundan başqa, Pakistanın Azərbaycan hərbçilərinin hazırlığında oynadığı rol və ölkəmizin maraqları naminə, İslam dövlətlərinə təsir imkanları da vacib amildir.
Ölkələrimiz arasında müdafiə sənayesi, təhsil, enerji sahəsində ciddi əməkdaşlıq perspektivləri var və hər iki ölkənin rəhbərliyi bu əməkdaşlığı daha da inkişaf etdirmək niyyətindədirlər. Cənab Prezident indiki şəraitdə müdafiə qabiliyyətinin yüksəldimləsinin, müttəfiqliyin önəmli olduğunu vurğulayaraq bildimişdir: “Beynəlxalq hüquq selektiv şəkildə tətbiq edilir. BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri icra edilir, digərləri yox. Biz hər ikimiz bunu yaxşı bilirik. Ona görə, ərazi bütövlüyü, təhlükəsizlik və firavanlıq, əlbəttə ki, Sizin ölkənin iqtisadi və hərbi gücü ilə bağlıdır. Bütün bu məsələlərdə bizim qarşılıqlı tam anlaşmamız var. Pakistan və Azərbaycan hər zaman çiyin-çiyinə dayanan ölkələr olubdur. Daha mühüm amillərdən biri odur ki, xalqlarımız da öz rəhbərliyinin fikrini bölüşür və Bakının müxtəlif yerlərində Pakistan bayraqlarını görə bilərsiniz. Bu, İkinci Qarabağ müharibəsi dövründə asılmış bayraqlardır. İki il yarım bundan öncə müharibə başa çatsa da, burada Pakistan bayraqları hələ də dalğalanır. Bu, xalqımızın münasibətidir və biz eyni münasibəti Pakistan xalqından da görürük.”
Pakistan və Azərbaycan arasındakı əlaqələr siyasi, iqtisadi, təhlükəsizlik, mədəniyyət, müdafiə və digər sahələri əhatə edir. Hər iki ölkə bir-birinə sıx dostluq əlaqələri ilə bağlıdır. Hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlıq xalqlar arasında ənənəvi dostluq və qarşılıqlı etimadın təzahürüdür.
Şahbaz Şərifin Bakıya səfəri Azərbaycan-Pakistan ikitərəfli münasibətlərinin müxtəlif sahələrdəki inkişafını böyük sıçrayışla sürətləndirməyə hazır olan müstəsna mərhələdir. Bu, strateji tərəfdaşlığın strateji müttəfiqlik səviyyəsi ilə əvəzlənməsi və bunun rəsmiləşdirilməsinə hazırlıqdır.

Qəhrəman Qasımov

Qarabağ veteranı, Əməkdar müəllim

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR