Azərbaycanın enerji siyasəti – yeni hədəflər  

Yazı fontunu küçültür Yazı fontunu büyütür

                

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan neft strategiyası ölkəmizin müasir, güclü, davamlı  iqtisadi inkişafa malik dövlətə çevrilməsi yolunda əsas faktorlardan biridir. Bu strategiya xarici sərmayədarların Azərbaycanın neft yataqlarının işlənilməsinə cəlb edilməsini, xam neftin daşınma yollarının şaxələndirilməsini, neft gəlirlərinin səmərəli idarə olunmasını və Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoymasını təmin etdi.

1994-cü il sentyabrın 20-də Bakıda dünyanın 7 ölkəsinin 11 məşhur neft şirkəti ilə Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin birgə işlənməsinə dair “Əsrin müqaviləsi” kimi tanınan Sazişin imzalanması böyük əhəmiyyət daşıyırdı. Dünya neft sənayesi nəhənglərinin ölkəmizdə fəaliyyətə başlamaları eyni zamanda yeni investisiyaların cəlb olunmasına, yeni iş yerlərinin açılmasına, gəlirlərin əldə olunmasına yönələn ən uğulu addım idi. Bu tarixi müqavilənin imzalanması həmçinin uğurlu neft strategisının reallaşmasına müstəsna xidmət göstərməklə ölkəmizi dünya neft ölkələri ailəsinə inteqrasiya olunmasına böyük təkan vermiş oldu.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çoxşaxəli fəaliyyətində neft strategiyasının inkişaf etdirilməsinə, bu sahədə qarşıya qoyulmuş əsas hədəflərə çatmasında müstəsna xidmətləri vardır və bu məqsədyönlü siyasət bu gün də çox uğurla davam etdirilir.

Əsrin müqaviləsindən sonra qarşıda əh böyük hədəf istehsal olunan neft məhsullarının dünya bazarına çatdırılması və bu istiqamətdə ixrac boru kəmərlərinin çəkilməsi dururdu. Cənab Prezidentimizin reallıqları nəzərə almaqla gələcəyə hesablanmış siyasəti nəticəsində bu taleyüklü məsələlər öz uğurlu həllini tapdı. Azərbaycan istər yaxın ölkələrin, istərsə də bir sıra Avropa ölkələrinin neft-qaz təchiztçısına, enerji təhlükəsizliyinin mərkəzinə çevrildi.

Hazırda Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycan əsas açar rolunu oynayan dövlətlərdən biri kimi qəbul olunmaqdadır. Çünki Azərbaycanın iştirakı olmadan bölgədə, geniş mənada yerləşdiyimiz qitədə enerji təhlükəsizliyi məsələləri tam həll oluna bilməz. 3 böyük tədbiri – 27-ci Beynəlxalq Xəzər Neft və Qaz, 10-cu Yubiley Xəzər Beynəlxalq Energetika və Bərpa olunan Enerji sərgiləri və Bakı Enerji Forumu – özündə birləşdirən, 31 ölkədən 250 şirkətin iştirakı ilə keçirilən “Bakı Enerji Həftəsi» bu reallıqların bariz sübutudur. İyunun 1-də ”Bakı Eneji Həftəsi” çərçivəsində rəsmi açılış mərasimi keçirilən 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində Azərbaycan Respublikasının Respublikasının Prezidenti cənab İlham Əliyev çıxış edərək Azərbaycanın enerji siyasəti ilə bağlı görülmüş işləri və əsas hədəfləri açıqlayıb. “Ümid edirəm ki, Neft və Qaz Sərgisində və Bakı Enerji Həftəsində keçiriləcək müzakirələr enerji təhlükəsizliyi və enerji ehtiyatların şaxələndirilməsi kimi mühüm məsələlərlə bağlı dialoqu gücləndirəcək”- söyləyən Prezident İlham Əliyev beynəlxalq tədbirin əhəmiyyətini xüsusilə vurğulayıb.

Azərbaycan müstəqillik illərində öz enerji təhlükəsizliyinə böyük sərmayə yatırıb, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP qaz boru kəmərlərindən ibarət “Cənub qaz dəhlizi” layihələri həyata vəsiqə alıb, ilkin mərhələdə regional əməkdaşlığa xidmət edən layihələr hazırda qlobal enerji layıhələrinə çevrilib. “Cənub qaz dəhlizi”nin reallaşması “Şahdəniz” qaz-kondensat yatağında hasilatı artırmağa, eyni zamanda digər yataqlarda da hasilata başlanılmasına imkanlar yaradacaq, bu öz növbəsində enerji təhlükəsizliyinə mühüm töhvələr verəcəkdir.

Azərbaycan zəngin neft-qaz ölkəsi olsa da, gələcəyin enerji təminatını alternativ mənbələrdə görür. Açılış mərasimindəki çıxışında cənab Prezident bu sahəyə xüsusi diqqət ayırmış, yenilənən enerjinin gündəlikdə duran növbəti plan olduğunu bildirmiş və bununla bağlı həyata keçiriləcək tədbirlər barədə məlumatlar vermişdir.

Cənab Prezidentimizin enerji diplomatiyası və bu sahədə həyata keçirilən bütün layihələr  ölkəmizin milli maraqlarına xidmət edir, onun beynəlxalq mövqeyini və iqtisadi potensialını

Nərmin Cəfərova,

  Nizami rayon sakini,

 Azərbaycan Dövlət İqtisad Universitetinin doktorantı

 

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR