TAİB-in Gənclər Təşkilatı “2023-Heydər Əliyev ili” çərçivəsində dəyirmi masa keçirib -FOTOLAR

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Türk Ağsaqqallar Birliyi-TAİB-in mərkəzi ofisində birliyin Gənclər Təşkilatının təşkilatçılığı ilə “Heydər Əliyevin siyasi xəttində xalqın mənafeyinin qorunması” adlı dəyirmi masa keçirilib.

Agsaqqallar.com xəbər verir ki, tədbirdə TAİB-in İdarə Heyətinin, Gənclər Təşkilatının üzvləri və qonaqlar iştirak ediblər.

Tədbirdə öncə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib, sonra ümummilli lider Heydər Əliyevə həsr olunmuş videoçarx nümayiş olunub.

Gənclər Təşkilatının mətbuat və sosial şəbəkələr üzrə komitənin sədri Fatimə Hacıyevanın moderatorluğu ilə keçirilən tədbirdə qonaq qismində iştirak edən filologiya üzrə fəlsəfə doktoru, Səbail rayonu 163 nömrəli məktəbin direktoru Sevil Cavadova çıxışında ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra elm və təhsilin inkişafına böyük qayğı ilə yanaşmasından danışıb. O, qeyd edib ki, hələ Azərbaycan Sovetlər Birliyinin tərkibində olduğu zaman da Ulu Öndər çox gənclərin xaricdə təhsil almalarına imkan yaradıb, dəstək olub.

“Ulu öndər Heydər Əliyev müstəqillik illərində elm və təhsilin inkişafını diqqətdən kənarda qoymamış, o cümlədən elm-təhsil problemlərinə kompleks şəkildə yanaşmışdır. Ulu Öndər bilirdi ki, ölkənin gələcək inkişafı üçün təhsil və elmin böyük önəmi var. Və böyük düha bu sahədə mövcud olan problemlərin aradan qaldırılması və Azərbaycanda dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsinə uyğun təhsil strategiyasının həyata keçirilməsi üçün ciddi tədbirlər görür, mühüm tarixi fərman və sərəncamlar imzalayırdı. Nəzərinizə çatdırım ki, ümummilli liderin 2002-ci il oktyabrın 4-də imzaladığı “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərınin müvafiq texniki bazasının möhkəmləndirilməsi haqqında” sərəncam ilə təhsilimizin və elmimizin inkişafına böyük töhfə vermiş oldu. Bu gün də bu ənənə möhtərəm prezidentimiz tərəfindən uğurla davam etdirilir. Gənclərin xaricdə təhsil almaları üçün lazımi şərait yaradılmışdır”.

TAİB Gənclər Təşkilatının işini təqdir edən təhsil mütəxəssisi belə bir dəyirmi masa keçirdikləri üçün gənclərə təşəkkürünü bildirib.

Sonra çıxış edənlər ümummilli liderin müstəqil Azərbaycanın banisi olaraq ölkənin inkişafı naminə gördüyü işlərdən bəhs edərək, Türkün böyük sərkərdəsini ehtiramla andıqlarını və belə tədbirlərin davamlı olacağını vurğulayıblar.

Qonaq TAİB-in kitabxanasına “Aşıq ədəbiyyatı antologiyası” kitabının üç cildini hədiyyə edib. Tədbirin sonunda xatirə şəkillər çəkilib.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR