Laçın-Xankəndi yolundakı etiraz aksiyası 30-cu günündə

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Havanın soyuq olmasına baxmayaraq, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası otuz gündür davam edir.

Agsaqqallar.com xəbər verir ki, dinc aksiyanın iştirakçıları ərazidən humanitar məqsədlər üçün istifadəyə növbəti dəfə şərait yaradıblar. Beynəlxalq Qırmızı Xaç Komitəsinə və Rusiya sülhməramlılarına məxsus avtomobillərin aksiya ərazisindən keçidi təmin olunub. Bu, bir daha onu göstərir ki, aksiyanın təşkil olunduğu ərazi humanitar məqsədli maşınların keçidi üçün tam açıqdır.

Hazırda havanın şaxtalı olmasına baxmayaraq, ekofəalların tələbləri ilk gündən olduğu kimi, dəyişməz olaraq qalır.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR