“Heydər Əliyev olmasaydı dövlətimiz adına balaca bir nişanə də qalmayacaqdı” – Ramin Əhmədov

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Heydər Əliyev olmasaydı dövlətimiz adına balaca bir nişanə də qalmayacaqdı” – Ramin Əhmədov

Azərbaycanın iqtisadi inkişaf, sosial rifah və beynəlxalq miqyasda möhkəm mövqelər yoluna qədəm qoyduğu gün 15 iyundur. Tam əminliklə deyə bilərik ki, Heydər Əliyev olmasaydı, dövlətin sükanı arxasına keçməsəydi nə bayrağımız qalacaqdı, nə də dövlət adına balaca bir nişanə.

Bunu Türk Ağsaqqalları Birliyi- TAİB-in təsisçisi, Missiya Media Qrupunun rəhbəri Ramin Əhmədov 15 İyun – Milli Qurtuluş Günü ilə bağlı Facebook səhifəsində etdiyi paylaşımda qeyd edib.

R. Əhmədov vurğulayıb ki, Heydər Əliyevin xilaskarlıq missiyası Tanrının Azərbaycan xalqına lütfüdür:

“Bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin sayəsində əldə etdiyimiz uğurlar, tarixi qələbəmiz Ulu Öndərin həyata keçən arzuları və onun uğurla davam etdirilən inkişaf konsepsiyasının nəticəsidir. Heydər Əliyevin irsi yaşayırsa, demək ki, onun özü də həyatdadır. Və bu, əbədiyyən belə olacaq.

15 iyun gerçəkdən də bəlalardan, tənəzzüldən, uğursuzluqlar və məğlubiyyətlərdən qurtulduğumuz gündür. Zaman keçdikcə bu günün əhəmiyyətini, tarixi mahiyyətini daha dərindən dərk edəcəyik. Ağır faciələr yolundan döndüyümüz, bizi böyük faciələrə aparanlardan xilas olduğumuz gün böyük bayramdır! Bayramımız mübarək!”.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR