TAİB-in İdarə Heyətinin üzvü, tanınmış yazar Şemsettin Kuzeçi II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının açılış mərasimində iştirak edib

Yazı fontunu küçültür Yazı fontunu büyütür

TAİB-in İdarə Heyətinin üzvü, tanınmış yazar, Kərkük Kültür Dərnəyinin rəhbəri  Şemsettin Kuzeçi II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının açılış mərasimində iştirak edib

Agsaqqallar.com xəbər verir ki, iyunun 5-də Azərbaycan Milli Elmlər Akademiyasının parkında Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının açılışı olub.

Açılış mərasimində Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev, Milli Elmlər Akademiyasının vitse-prezidenti Dilqəm Tağıyev, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, deputatlar Sabir Rüstəmxanlı, Cavanşir Feyziyev və bir sıra beynəlxalq təşkilatların nümayəndələri çıxış ediblər.

Sonra ayrı-ayrı yazarların kitabları təqdim olunub. Minlərlə paytaxt sakininin qatıldığı festivalın bir həftə davam edəcəyi və hər gün türk dünyasının tanınmış müəllifləri ilə görüşlərin, imza mərasimlərinin keçirilməsi gözlənilir.

Xatırladaq ki, tanınmış ədib Şemsettin Kuzeçi Festivalda iyunun 7-si saat 17:30-dan 18:00-a qədər “İraqda Türkmən ədəbiyyatı” mövzusunda çıxış edəcək.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR