“Türk dünyasının ortaq ədəbiyyatı” adlı tədbir keçiriləcək

Yazı fontunu küçültür Yazı fontunu büyütür

9 iyun 2023-cü il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının akt zalında AMEA, Azərbaycan Ədəbiyyat Fondu, Dünya Gənc Türk Yazarlar Birliyi və Türk Ağsaqqalları Birliyi – TAİB-in birgə təşkilatçılığı ilə “Türk dünyasının ortaq ədəbiyyatı” adlı tədbir keçiriləcək.

Agsaqqallar.com xəbər verir ki, tədbir II Türk dünyası- Ədəbiyyat və Kitab Festivalı” çərçivəsində keçirilir. AMEA-nın əsas binasının önündəki Elmlər Akademiyası parkında keçirilən festival Beynəlxalq Türk Müəllifləri Birliyinin təşkilatçılığı, Azərbaycan Yazıçılar Birliyi (AYB), Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Milli Məclisin Mədəniyyət komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası, Bakı Şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TÜRKPA, Yunus Əmrə İnstitutu, İLESAM və digər qurumların dəstəyi ilə keçirilir.

Hər gün bir türk ölkəsinin adı ilə keçirilən festivalda eyni zamanda müxtəlif elmi konfranslar, simpoziumlar, şeir saatları, imza günləri təşkil olunub.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR