“Cami Ət-Tavarix” əsərinin türk xalqlarının tarixində rolu – Azərbaycan və Türkmənistan alimləri bir arada
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda böyük türkmən ədibi “Salar Babanın “Cami Ət-Tavarix” əsərinin əlyazması və onun türk xalqlarının tarixində rolu” mövzusunda tədbir keçirilib.
Agsaqqallar.com xəbər verir ki, tədbiri açan Ədəbiyyat İnstitutunun icraçı direktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənli Türkmənistanla ədəbi əlaqələrin yüksək səviyyədə olduğunu söyləyib, son illərdə əməkdaşlığın nəticəsi olan real işləri xatırladıb. Məhtimqulu Fəraqinin nəşrlərini xüsusi qeyd edən Mehman Həsənli Salar Babanın “Cami Ət-Tavarix” əsərinin əlyazmasından və onun türk xalqlarının tarixindəki əhəmiyyətindən danışıb, bu əsərlə bağlı bir neçə tədbirin keçirildiyini vurğulayıb.
Sonra Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent İsmixan Osmanlı “Salar Babanın əsərinin türk xalqlarının tarixində rolu” mövzusunda məruzə edib.
Tədbirdə Türkmənistan Elmlər Akademiyasının Məhtimqulu adına Dil, Ədəbiyyat və Milli Əlyazmalar İnstitutunun direktoru Davut Orazsəhedov əməkdaşlığın müsbət nəticələrindən danışıb. Türkmənistan alimlərindən Gülcəmal Gummanova, Rəhmanberdi Qodarov, elmi işçilər Meylis Caparov və Məqsəd Meredov da çıxışlarında Salar Babanın “Cami Ət-Tavarix” əsərinin əhəmiyyətindən söz açıblar.