" />

İlham Əliyevin amnistiya bəyanatı erməniləri bir-birinə vurub – Separatçılar qorxu içindədir

Yazı fontunu küçültür Yazı fontunu büyütür

TAİB Gənclər Təşkilatının sədr müavini Daşqın Həsənov yazır:
“İlham Əliyevin amnistiya bəyanatı erməniləri bir-birinə vurub – Separatçılar qorxu içindədir”
“Azərbaycan prezidenti İlham Əliyev mayın 28-də Laçın rayonuna səfəri zamanı Qarabağda yerləşən separatçı rejimin məmurları haqqında çıxış edərkən bildirdi ki, onların təslim olmaqdan başqa variantları yoxdur: “Hər kəs yaxşı bilir ki, bu gün o bölgədə (Qarabağ) istənilən əməliyyatı keçirmək üçün hər bir imkanımız var. Ona görə “parlament” buraxılmalıdır, özünü “prezident” adlandıran ünsür təslim olmalıdır, bütün “nazirlər”, “deputatlar” və digərləri öz vəzifələrini artıq kənara qoymalıdırlar. Ancaq o təqdirdə onlara güzəşt oluna bilər. Ancaq o təqdirdə hər hansı bir amnistiyadan söhbət gedə bilər”.
Dövlət başçısının bu xəbərdarlığından sonra bu gün Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması məsələsində önə çıxan ABŞ bu məsələ ilə bağlı bəyanat səsləndirdi. Belə ki, ABŞ Dövlət Departamentinin təmsilçisi tərəfindən verilmiş bəyanatda qeyd olunurdu: “Azərbaycan Prezidenti İlham Əliyevin amnistiya ilə bağlı son açıqlamalarını alqışlayırıq”. Vaşinqtonun bu mövqeyi Ermənistanda bəzi siyasi dairələrin narazılığına səbəb olub.
Erməni şərhçi Edik Andreasyan “Hraparak” nəşrindəki “Araiki təslim edin, rahat yaşayın” adlı məqaləsində qeyd edib ki, “İlham Əliyevin bütün açıqlamalarına ciddi yanaşmaq lazımdır. Çünki, adətən Azərbaycan Prezidentinin dedikləri gerçəkləşir. Araik Azərbaycan Daxili İşlər Nazirliyinin mikroavtobusuna əyləşəndə Əliyevlə Paşinyan sülh sazişi imzalayacaq. Əliyev böyük amnistiya elan edəcək və Qarabağdakı erməni əhalisi öz gündəlik həyatlarını yaşayacaqlar. Arutyunyanı bağışlamaq və ya bağışlamamaq qərarını Bakıda verəcəklər, bəlkə də bağışlayacaqlar”.
ABŞ-ın mövqeyinə erməni siyasilərlə yanaşı, qondarma rejimin xarici işlər nazirliyi də münasibət bildirib: “ABŞ Dövlət Departamentinin Azərbaycan Prezidentinin “Artsax” sakinlərinin amnistiya məsələsinə baxmağa hazır olması ilə bağlı son bəyanatlarını alqışladığı haqda bəyanatı dərin məyusluq və çaşqınlıq yaradır”.
Erməni tənqidçilər bu mövqeyinə görə Vaşinqtonu az qala top atəşinə tutmağa başlayıb. Çünki onlar belə bir sseanri ilə indiyə kimi qarşılaşmayıb. Hər zaman xaricdə fəalliyət göstərən lobbilərinindən xidmətindən istifadə edən Ermənistan böyük gücləri öz yalanlarına inandırmağa nail olmuş və onları öz tərəfinə çəkməyi bacarmışdılar. Ancaq indi dünyanın nizam qaydası dəyişib və böyük güclər və qabaqcıl təşkilatlar artıq Azərbaycanın haqlı mövqeyini dəstəkləməyə başlayıblar. Belə bir mənzərə isə Ermənistan üçün yaddır.
Azərbaycan ordusunun son dövlər ərzində Qarabağda bir sıra mühüm yüksəkliklərdə mövqelər qurması və Laçın postunda sərhəd nəzarət buraxılış məntəqəsinin qurulmasından sonra Qarabağdakı separatçı rejim artıq onların çəmbərlərinin get-gedə daraldığını anlamağa başlayıblar. Qarabağda artıq hər şeyi Azərbaycan özünün nəzarətinə almağa qadirdir. Və İlham Əliyevin “Hər kəs yaxşı bilir ki, bu gün o bölgədə (Qarabağ) istənilən əməliyyatı keçirmək üçün hər bir imkanımız var” fikri də bunu deməyə əsas verir. Dövlət başçısının bu bəyanatı separatçılara və onların havadarlarına verilmiş açıq mesajdır. Yəni Rəsmi Bakı istənilən vaxt bölgədə antiterror əməliyyatlarına start verərək, qondarma rejimin məmurları həbs edə bilər”.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR