Kiçik yazarımız Ruqəyya Nəcəfli yazır: “Dostluq hədiyyəsi”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Əziz dostlar! Mən sizə dostluq haqqında yazdığım kiçik bir hekayəmi danışacağam. Belə ki, illər əvvəl iki məktəbli dost olub. Onlardan birinin adı Ayla, digərinin adı isə Leyla idi. Həmin rəfiqələr eyni sinifdə oxuyurdular. Ayla rəqs etməyi, Leyla isə rəsm çəkməyi çox sevirdi. Ayla və Leylanın dostluğu o qədər möhkəm idi ki, hamı onları bacı bilirdi. Leyla Ayla üçün rəqqasə paltarı almışdı, Ayla isə Leyla üçün rəssam paltarı hədiyyə etmişdi.
Amma onlar hələ də bilmirdilər ki, Aylanın atası hərbçi olduğu üçün başqa bir rayona köçəcəklər. Artıq 5-ci sinifdə məktəbləri ayrılan rəfiqələr bir-birlərindən ayrı düşdülər. Onlardan xatirə qalan isə aldıqları hədiyyələr və sinifdə çəkdirdikləri şəkillər oldu.
Artıq hər iki rəfiqənin məktəbi bitirmələrindən uzun bir zaman keçmişdi. Hər biri böyüyüb, yaxşı oxuyub, hər iksi həkim olmuşdu. Onlar uzun illərdən sonra eyni xəstəxanada həkim işləyirdilər. Amma rəfiqələr köhnə dost olduqlarını bilmirdilər. Bir gün Leylanın doğum günü üçün həkim yoldaşları onların evinə getmişdilər. Ayla Leylanın məktəbli vaxtı çəkdirdiyi şəkilləri görəndə çox sevindi. Həmin vaxt 4 il eyni sinifdə oxuyub, bacıdan da yaxın olan dostlar bir-birini tanıdılar.
İndi onlar həm yaxşı həkimdilər və həm də çox möhkəm dostdurlar. Elə bil ki, uzun illərdən sonra ayrı düşmüş bacılar qovuşmuşdular.
Əziz dostlar! Hər birimiz gərək dostluqda möhkəm olaq. Dostlar bir-birindən ayrı düşsə də Ayla və Leyla kimi bir-birini çox sevməlidirlər. Bax, əsl dostluq budur!

Ruqayyə Nəcəfli,
Bakı şəhəri, 172 nömrəli tam orta məktəbin şagirdi

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR