Milli Məclisin 2 əməkdaşında koronavirus aşkarlandı
Azərbaycan Respublikasının Milli Məclisində “COVID 19” koronavirus infeksiyası ilə bağlı əməkdaşlar arasında mütəmadi testlər aparılır.
Parlamentin Mətbuat xidmətindən verilən məlumata görə, bu testlər nəticəsində Milli Məclisin İşlər İdarəsinin iki əməkdaşında COVID-19 testinin nəticəsi müsbət çıxıb:
“Onlar dərhal həkim nəzarətinə götürülüblər. Həmin iki əməkdaşın ünsiyyətdə olduğu həmkarları dəqiq müəyyən edilərək karantin rejiminin tələblərinə uyğun izolyasiya olunublar. Milli Məclisin COVID-19 testinin nəticəsi müsbət çıxan əməkdaşları özlərini yaxşı hiss edir. Onlarda hərarət və infeksiyanın digər əlamətləri müşahidə edilmir”.
Oxşar Xəbərlər
- Azərbaycan-Özbəkistan münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyub
- Prezident Şuşada keçirilən “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda beynəlxalq konfransda iştirak edir
- Türk Ağsaqqalları Birliyinin təmsilçiləri İğdır valisi ilə görüşüblər – TAİB fəaliyyətini genişləndirir – Fotolar