“İlham Əliyevin uzaqgörən siyasəti gündəlik həyatımızın reallığına çevirib”- Sahibə Qafarova

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Tale Heydər Əliyevi xüsusi bir missiya üçün seçmişdi. O özü də bunu hiss edirdi. Bu hiss, bu duyğu ona güc verir, başqalarını aciz edən çətinlikləri aradan qaldırmaqda, xalqımız üçün hazırlanmış buxovları qırmaqda ona kömək edirdi”.

Agsaqqallar.com xəbər verir ki, bunu parlamentin Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xüsusi iclasında çıxışı zamanı spiker Sahibə Qafarova deyib.

Spiker bildirib ki, Heydər Əliyevin dərin zəkası və siyasi duyumu ilə mərdliyi, cəsarəti və əzmkarlığı vəhdət təşkil edirdi: “Onun bütün varlığı vətənə məhəbbətlə yoğurulmuşdu, gücünü xalqdan alırdı. Xalq da Heydər Əliyevə sonsuz sevgisi və ehtiramı ilə cavab verirdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ulu Öndərin fəaliyyəti haqqında belə deyib:

“Azərbaycan xalqı Heydər Əliyevin simasında güclü Lideri seçərək, öz taleyini ona etibar etdi və yanılmadı. Azərbaycan xalqı müdrik xalqdır, dəfələrlə ən çətin anlarda, ən çətin dövrlərdə yeganə düzgün müdrik qərar qəbul etmişdir.Heydər Əliyevin müstəqil Azərbaycanın Prezidenti kimi misilsiz xidmətləri vardır. Məhz onun qoyduğu yolla bu gün Azərbaycan uğurla gedir”.

Heydər Əliyevin başladığı işləri eyni əzm və iradə ilə, daim dəyişən tarixi şəraitin tələblərinə uyğun şəkildə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən siyasəti sabit və ardıcıl yüksəlişi və yeniləşməni gündəlik həyatımızın reallığına çevirib. Cəmiyyət və dövlət həyatının bütün sahələrində əldə edilən uğurlar dünyanın diqqətini Azərbaycana cəlb edib”.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR