Prezident İlham Əliyev: separatçılar ya Azərbaycan Bayrağı altında yaşayacaqlar, ya da ki, çıxıb gedəcəklər

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Prezident İlham Əliyevin cari ilin 18 aprel tarixində Salyan şəhərinə səfəri zamanı Azərbaycan Televiziyasına verdiyi müsahibə bir çox məsələlərə aydınlıq gətirilməsi baxımından önəm kəsb edir

Xatırlatmaq istəyirəm ki, dövlət başçısının Səlyana səfəri 2004-cü ildən başlayan və hal-hazırda 4-cüsü həyata keçirilən Azərbaycanda regionların sosial-iqtisadi inkişafı Dövlət proqramına uyğun olaraq baş tutmuşdur. Bildiyimiz kimi bu proqram çərçivəsində bölgələrimizdə genişmiqyaslı abadlıq-quruculuq işləri aparılır. Ölkə rəhbərinin də regionlara səfərinin məqsədi verilən tapşırıqlara nəzarət və növbəti hədəflərin və tövsiyyələrin prioritet istiqamətləridir. Əlbətdə görülən bu işlər bölgələrin sosial inkişafına, əhalinin rihanın yaxşılaşdırılmasına xidmət edirsə, eyni zamanda ölkəmizində güclənməsinə səbəbiyyət verir. Bu səfərlər zamanı bir çox sosial obyektlər-ASAN xidmət mərkəzləri, Olimpiya İdman Kompleksləri, uşaq bağçaları, xəstəxanalar, yollar və digər infrasturuktur layihələri açılıb insanların istifadəsinə verilir.
Bildirmək istəyirəm ki, eyni zamanda Qarabağda və Şərqi Zəngəzurda da “Böyük Qayıdış” proqramına uyğun olaraq planlı şəkildə genişmiqyaslı bərpa-yenidənqurma işləri sürətli şəkildə həyata keçirilir. Artıq həmin bölgələrdə iki yaşayış məntəqəsi-Ağalı və Talış kəndlərində həyat əvvəlki axarına qayıdıb. Mərhələli şəkildə işğaldan azad olunmuş bütün yaşayış məskənləri bərpa olunaraq soydaşlarımızın istifadəsinə veriləcək. Görülən bu işlər onu göstərir ki, biz bu torpaqların əsl sahibiyik və tezliklə Qarabağı və Şərqi Zəngəzuru dağıntılardan təmizləyib cənnətə çevirəcəyik. Dağıntıların miqyası böyük olduğu üçün görülən işlərin də miqyası böyükdür və bərpası əlavə vaxt tələb edir. Çünki erməni vandalları 30 il ərzində sözün həqiqi mənasında daşı daş üstə qoymayıblar. Qarabağda ekoloji terror törədən erməni vəhşiləri bütün infrasturuktur obyektlərini məhv ediblər.
İşğaldan azad olunan torpaqlarımızda yenidənqurmadan başqa dövlətimizin qarşısında duran digər mühüm məsələ ordu quruculuğu sahəsində həyata keçirilən addımlardır. Buna ehtiyac həmişəkindən daha çoxdur. Dünyamız əvvəlki dünya deyil, yeni təhdidlər yaranır və bunu hər bir dövlət görür. Bu təhdidlərə qarşı mübarizə aparmaq üçün güclü ordumuzun olması olduqca vacibdir. Biz hər bir vəziyyətə hazır olmalıyıq. Düzdür bizim güclü ordumuz var və biz bunu 44 günlük Vətən müharibəsində düşmənin başını əzərək bütün dünyaya sübut etmişik. Amma görünən odur ki, hələ də Ermənistanda revanşist qüvvələr var və havadarlarının dəstəyi ilə baş qaldırmağa cəhd göstərirlər. Ermənistanın arxasında hansı dövlətin, hansı gücün durmasından asılı olmayaraq, biz həmin qüvvələrə qarşı tutarlı cavab verməyə və onların istənilən təxribatının qarşısını almağa qadir güclü dövlətik.
Qalib dövlət olmağımıza baxmayaraq, Azərbaycan tərəfi humanistlik göstərərək Ermənistan tərəfinə ədalətli sülh təklif edir. Biz istəyirik ki, Ermənistanla münasibətlərin normallaşması üçün sülh müqaviləsi imzalansın və qarşı tərəf Azərbaycanın ərazi bütövlüyünü tanısın və separatçı davranışlara son qoysun. Belə olan halda sülh müqaviləsi imzalanacaq və münasibətlər normallaşacaq. Əks halda baş verən bütün hadisələrin məsuliyyəti Ermənistanın üzərindədir və separatçılar bilməlidirlər ki, onların iki seçimi var-ya Azərbaycan Bayrağı altında yaşayacaqlar, ya da çıxıb gedəcəklər. Azərbaycan dövləti bu məsələdə qətiyyətlidir və heç bir dövlət bizim iradəmizə təsir edə bilməz. Bu məsələ bizim daxili işimizdir və heç bir dövlətə bizim daxili işimizə qarışmağa imkan verməyəcəyik.
Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşıdır və onların gələcək taleyi Azərbaycan qanunları ilə tənzimləcəkdir. Əgər bununla razılaşmaq istəməyən kimsə varsa özünə başqa yaşayış məskəni tapmalıdır.

Eldəniz Zeynalov
Nizami Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR