Qırğızıstandakı icmamız beynəlxalq birlikdən Ermənistanın cəzalandırılmasını tələb edib

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Qırğızıstanın paytaxtı Bişkekdə fəaliyyət göstərən “Azəri” İctimai Birliyi Ermənistan tərəfindən əsir götürülmüş Azərbaycan hərbçilərinə işgəncə verilməsini hiddətlə pisləyib.

Agsaqqallar.com xəbər verir ki, birliyin adından Qırğızıstan ictimaiyyətinə və beynəlxalq təşkilatlara ünvanlanan bəyanatda Ermənistan tərəfindən əsir götürülmüş Azərbaycan Ordusunun əsgərləri – 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlunun və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlunun Ermənistana əsir düşməsi səbəblərinə aydınlıq gətirilib, onlara qarşı qeyri-insani rəftara diqqət cəlb edilib.

Qeyd edilib ki, Ermənistan mühüm beynəlxalq aktlar, o cümlədən Cenevrə Konvensiyası üzrə öhdəliklərini yerinə yetirmir.

Müvafiq beynəlxalq təşkilatlardan həmin zorakılıq faktının araşdırılması, lazımi hüquqi qiymət verilməsi, Azərbaycan hərbçilərinin dərhal və qeyd-şərtsiz azad edilməsi tələb olunub.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR