Türkiyə “Dədə Qorqud Kino Akademiyası”nın yaradılmasını təklif edir

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Türkiyə “Dədə Qorqud Kino Akademiyası”nın yaradılmasını təklif edir.

Agsaqqallar.com xəbər verir ki, bunu Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Ahmet Misbah Demircan dekabrın 20-də Bakıda Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla görüşdə deyib.

O bildirib ki, türk dövlətlərində kino nümayişinin vahid bir platforma üzərindən həyata keçirilməsi əhəmiyyətli olar.

Nazir müavini, həmçinin Türk dünyası ölkələrini və xalqlarını əhatə edən kino məktəbinin açılması məsələsini də gündəmə gətirib. O, Azərbaycan və Türkiyənin bu layihənin əsas təşəbbüskarı kimi çıxış etməsinin önəmini vurğulayıb.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR