Talqat Kaliyev: “Azərbaycanla Qazaxıstan mədəniyyət və təhsil sahəsində əlaqələri dərinləşdirməlidir”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Təhsil sahəsində əməkdaşlıq, pedaqoji təcrübənin öyrənilməsi həm Azərbaycan, həm də Qazaxıstan üçün faydalı ola bilər”.

Agsaqqallar.com xəbər verir ki, bunu Qazaxıstanın Tətbiqi Etnosiyasi Araşdırmalar İnstitutunun direktoru Talqat Kaliyev Azərbaycan və Qazaxıstan arasında ikitərəfli münasibətlərə həsr olunmuş dəyirmi masada çıxışı zamanı deyib.

Onun sözlərinə görə, iki ölkənin müxtəlif universitetlərində qonaq mühazirələri və ekspert mübadiləsi təşkil etmək lazımdır.

T. Kaliyev turizmin inkişafı sahəsində əməkdaşlıq məsələlərinə də toxunub: “Bu proses stimullaşdırılmalıdır. Bunun üçün turistlərə xüsusi qiymətə aviabiletlər, yeni təklif paketləri və s. təqdim oluna bilər”.

Mədəniyyət sahəsində əməkdaşlığa münasibət bildirən ekspert iki ölkə arasında münasibətlərin dərin tarixi köklərə malik olduğunu vurğulayıb.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR