ZƏFƏR İQTİSADİYYATININ MÜDRİK FƏLSƏFƏSİ
Otuz ilə yaxın İşğal altında qalan torpaqlarımızın azad olunması ilə nəticələnən İkinci Qarabağ müharibəsi hərb tarixinə adını haqq-ədalətin Zəfər Günü olaraq yazdı.
Dünyanın hər yerində hər kəs ölkəmizin hərbi gücünü, döyüş əzmini heyranlıqla izlədi. Bu şanlı Zəfərlə ölkəmiz dünyaya öz hərbi və siyasi gücü ilə yanaşı iqtisadi gücünü də göstərdi. Ali Baş Komandan İlham Əliyev döyüşlərin ən şiddətli vaxtlarında eyni zamanda iki cəbhədə müharibəyə nəzarət edirdi.
Bunun biri hər dəqiqəsini diqqətlə şəxsi nəzarətinə götürdüyü uğurlu hərbi əməliyyatlar cəbhəsi, digəri isə işğaldan azad olunan bölgələrimizdə torpaqlarımızın işğalıdır. Uzun illər yurd-yuvasından uzaq düşmüş məcburi köçkünlərimizin doğma yurdlarında yaradılacaq yenidənqurma və iqtisadi inkişaf idi. Hər iki savaş paralel olaraq vahid mərkəzdən idarə olunurdu və hər ikisi də qədim yurdumuz Qarabağ və Şərqi Zəngəzurun möhtəşəm gələcəyinə hesablanmışdır. Hər keçən gün hərbi uğurlarla yanaşı iqtisadi nailiyyətlər xəbəri ardı arda gələn qələbə xəbərləri arasında idi. Qələbə ilə bitən Zəfər müharibəsindən sonra Qarabağ və Şərqi Zəngəzurda mənzərə olduqca dəhşətli idi. Düşmənin hər cür vəhşiliyinin qurbanı olan talanan, viran edilən, yandırılan şəhərlər, rayonlar və qəsəbələrdə bütün tikililər, inzibati binalar dağıdılmış, evlər sonuncu kərpicinə qədər sökülmüş, yüzlərlə kəndlər amansızlıqla məhv edilmiş, yer üzündən silinmiş və hərbi, iqtisadi, ekoloji terrora məruz qalmışdır. Bu yerlərdə dəhşətli mənzərə hökm sürürdü. Bütün mülki infrastrukturlar, yollar, dəmir yolları, məktəblər talanıb yandırılmışdı. Qədimdən bəri gözəlliyi ilə məşhur olan Qarabağ tamamilə viran edilmişdi. Qaniçən ermənilər xarici havadarlarının köməyi ilə işğal etdikləri bu yerlərin öz doğma sahiblərinə gec-tez geri qaytaracaqlarını gözəl bildikləri üçün Qarabağ və Şərqi Zəngəzurda daşı daş üstə qoymamışdılar. Bu yerlərdə bəşər övladına sivil dünyaya utanc gətirəcək bütün iyrənc addımlar atılmışdır. Zəfər müharibəsindən dərhal sonra dövlət başçısı Qarabağda və Şərqi Zəngəzurda iqtisadi inkişaf modelinin ən yüksək səviyyədə hazırlanması üçün bütün imkanlardan səmərəli şəkildə istifadə edilməsi haqqında göstərişlər verdi. Bütün planlar daxili imkanlar hesabına çevik şəkildə sistematik olaraq işlənib hazırlandı. Daha əvvəl Zəfər müharibəsi dövründə nəqliyyat yollarının bərpasına modul tipli elektrik enerjisi stansiyalarının qurulmasına başlanmışdır. Qələbədən sonra da quruculuq işlərinə səfərbər olunmuş iri tikintilərin layihələri az vaxt içində hazırlanmış və icrasına start verilmişdir. Bölgədə yenidənqurma işlərinin sürətlə inkişaf etdiyi bir vaxtda dövlət başçısı Qarabağ və Şərqi Zəngəzur bölgəsinin iqtisadi zonalara bölünməsi amilini vacib sayaraq 2021-ci ilin 7 iyul tarixli fərmanı ilə iqtisadi rayonların yeni bölgüsü təsdiq etdi. Fərmanda qeyd edilir ki, işğaldan azad olunmuş bütün ərazilərin əsaslı bərpası, yurd yuvasına qayıdacaq sakinlərinin sosial rifahının yüksək səviyyədə təmin olunması, bütün zəruri infrastrukturun yaradılması və digər mühüm məsələlər öz əksini tapır. Əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçiriliməsi yeni iqtisadi rayonlar bölgüsünün vacibliyindən xəbər verirdi. Bütün sadalanan mühüm amillər əsas tutularaq Qarabağ iqtisadi rayonuna qədim şəhərimiz Şuşa ilə yanaşı, Xankəndi şəhəri, Ağcabədi və Bərdə rayonları, Ağdam, Füzuli, Tərtər, Xocavənd və Xocalı rayonları aid olmuşlar.
Bu rayonlar tarix boyu Qarabağ bölgəsinin iqtisadi cəhətdən ən yüksək gücə sahib olan bölgələrimizdəndir. Şərqi Zəngəzur iqtisadi zonasına daxil olan rayonlar — Kəlbəcər, Qubadlı, Cəbrayıl, Laçın və Zəngilandır ki, bu bölgələrimiz də iqtisadi dinamikanın xüsusi inkişafına yüksək töhfə verəcək rayonlardır. 10 iyul 2021 tarixində Nazirlər Kabineti Prezidentin iqtisadi rayonlar bölgüsününə aid regionda iqtisadi rayonlaşma prinsiplərinin müasir reallıqlara uyğunlaşdırılması və tənzimlənməsi vacib idi. Buna görə də Nazirlər Kabinetinin 10 iyul 2021-ci il tarixli qərarı ilə “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli Fərmanının icrasının təmin edilməsi istiqamətində zəruri tədbirlər görülməkdədir. Belə ki, yeni iqtisadi rayonlaşma bölgüsü ilə bağlı müvafiq layihə və təkiliflərin hazırlanması, habelə razılaşdırma və təqdim edilmə tədbirlərinin yüksək səviyyədə görülməsi, bu sahədə qəbul edilən qərarların qanunvericilik çərçivəsində tənzimlənməsi məsələləri yüksək səviyyədə həll olunmaqdadır. Bu gün Qarabağ və Şərqi Zəngəzurda yüksək səviyyədə görülən abadlıq quruculuq işləri, yenilənən infrastrukturlar sadalamaqla bitmir. Hər gün istifadəyə verilən yeni yeni yollar, yaşayış binaları, məişət və inzibati dövlət obyektləri ilə yanaşı su, elektrik, qaz xətlərinin çəkilməsi də sürətlə davam etdirildi. Viran edilmiş, xarabaya çevrilmiş kəndlərdə bu gün göz oxşayan müasir evlər, məktəblər, bağçalar və digər binaların yenidən qurulması işləri görülür. Bundan əlavə dövlət tərəfindən şəhərlərin, rayonların baş planları hazırlanaraq aidiyyatı yerlərə təqdim olunub. Bunlar arasında Ağdamın, Laçının, Şuşanın və digərlərinin şəhər və kəndlər üzrə baş planlarını misal göstərmək olar. İşğaldan azad olunmuş ərazilərin zəfər tarixini qeyd etməzdən əvvəl o yerlərdə ilk öncə iri layihələrin həyata keçirilməsi işləri sürətlə görülür. Buna misal olaraq, hər gün bir rayonda təməli atılan və yaxud da istifadəyə verilən yolları, körpüləri, tunel tikintilərini göstərmək olar. Artıq dövlət tərəfindən görülən bu işlər Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bu nəhəng iqtisadi layihələrin hamısı dünyada və bölgələrdə regionun əhəmiyyətinin göstərir. Zəfər müharibəsindən cəmi il yarım sonra bölgədə Qafqazın ən böyük tunel yollarının təməlinin atılması və ard-arda iki beynalxalq hava limanının istifadəyə verilməsi əslində Milli iqtisadiyyatımızın dövlətimiz tərəfindən necə düzgün qurulumağından, necə müvəffəqiyyətlə idarə olunmasından xəbər verir.
Yol quruculuğu iqtisadiyyatı gücləndirən əsas və ən vacib amildir. İstər quru yol, istər dəniz yolu, istərsə də hava yolları inkişaf etdikcə o dövlətin daxili imkanları da genişlənir, ticarət yolları çoxaldıqca iqtisadiyyatı da güclənir. İqtisadiyyatı güclü olan dövlət olaraq ölkəmiz hazırda dünyada və bölgədə sürətlə siyasi gücə çevrilir. Bütün bunlarla yanaşı atılan addımlar, paralel olaraq aparılan iqtisadi islahatlar özlüyündə təkcə Qarabağ və Şərqi Zəngəzurda deyil bütün ölkə boyu yeni-yeni iqtisadi modellərin hazırlanmasına əhalinin sosial problemlərin həll olunmasına xidmət etməkdədir. Bu gün hər bir ölkə vətəndaşı yaxşı bilir ki, işğal olunmuş torpaqlarımızın azad olunması bütün dövlət planlarında və dövlət siyasətində birinci məsələ idi. Bütün diqqəti bu sahəyə yönəldən dövlətimiz 44 günlük Zəfər müharibəsindən sonra ölkəmizin bölgədə əsas söz sahibi olan hərbi güc ölkəsi olduğunu və bununla yanaşı istənilən sahədə də istər siyasi, istər iqtisadi baxımdan üstünlüyünü qətiyyətlə bəyan edərək güclü iradə ortaya qoydu. Bu gün işğaldan azad olunan qədim və doğma yurdlarımızda ölkəmizin iqtisadi inkişafına böyük töhfə verəcək nəhəng addımlar atılmaqdadır. Qədim ipək yolunun bərpası üçün sürətli işlər görülməkdədir.
Sənan İbrahimov
İqtisadi araşdırmalar üzrə ekspert.