Stalinqrad və Kursk döyüşlərinin 80 illiyinə həsr olunmuş tədbirdə azərbaycanlıların qəhrəmanlıqlarından danışılıb

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Noyabrın 10-da Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının dəyirmi zalında Diplomatik Akademiya ilə Moskva şəhər Qərb İnzibati Dairəsi Azərbaycanlılarının Milli Mədəni Muxtariyyəti təşkilatının Stalinqrad və Kursk döyüşlərində Qırmızı Ordunun qələbəsinin 80 illik yubileyinə həsr olunmuş birgə tədbiri keçirilib. Tədbirdə ictimaiyyət nümayəndələri, gənclər və siyasi təşkilatların nümayəndələri, veteranlar, diplomatik məktəbin kursantları iştirak ediblər.

Moskva şəhər Qərb İnzibati Dairəsi Azərbaycanlılarının Milli Mədəni Muxtariyyəti təşkilatının sədri Əli Kazımov çıxışında qurumun gənc nəslin vətənpərvərlik tərbiyəsi sahəsində gördüyü işlərdən danışıb. Əli Kazımov çıxışında
Stalinqrad və Kursk döyüşlərində azərbaycanlıların da göstərdiyi qəhrəmanlıqlardan danışıb. İkinci Dünya müharibəsində hər iki babasının iştirak etdiyini deyən Əli Kazımov qeyd edib ki, müharibə Sovet İttifaqının bütün xalqları üçün ən ağır faciəli sınaq olub: “Hitler ideologiyası ölkəmizin bütün xalqları, bütün bəşəriyyət üçün ölümcül təhlükə yaradırdı. SSRİ xalqları, o cümlədən azərbaycanlılar faşizmin məğlub edilməsinə həlledici töhfə vermiş və bununla da dünyanı tam əsarət təhlükəsindən xilas etmişlər. Müharibənin ilk günlərinin ağır itkilərinə baxmayaraq, Stalinqrad bölgəsində sovet xalqının fədakar əməyi düşmənə qalib gəldi, Qırmızı Ordunun hərbi hərəkətləri müdafiədən hücuma keçdi ki, bu da bu dəhşətli müharibənin nəticəsini əvvəlcədən müəyyənləşdirdi”.
Tədbirin sonunda veteranlar və diaspor fəalları mükafatlandırılıb.

image-img-20231110-wa0080 image-img-20231110-wa0078 image-img-20231110-wa0079 image-img-20231110-wa0076 image-img-20231110-wa0075 image-img-20231110-wa0073

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR