TAİB-in İdarə Heyətinin üzvü, tanınmış türk yazarı Şəmsəddin Kuzəçi təltif edilib

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Dünən Beynəlxalq Muğam Mərkəzində Azərbaycanın ümummili lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Heydər Əliyev və Türk dünyası” adlı konfrans və ədəbi-bədii gecə keçirilib

Türk Ağsaqqalları İctimai Birliyi – TAİB-in İdarə Heyətinin üzvləri də konfransda iştirak ediblər. TAİB-in İdarə Heyətinin üzvü, türk dünyasının tanınmış yazarı, “Kərkük” qəzetinin baş redaktoru Şəmsəddin Kuzəçi çıxış edib. Ümummilli lider Heydər Əliyevin Azərbaycan və Türk dövlətlərinin inteqrasiya məsələlərindəki rolundan danışan TAİB üzvü bu gün məhz böyük türk sərkərdəsinin, türk dühasının adıyla bağlı tədbirdə iştirak etməkdən məmnunluğunu dilə gətirib. Kərküklü qonaq konfrans təşkilatçıları tərəfindən təltif olunub.

Qeyd edək ki, konfrans Türk ölkə və topluluqlarından gəlmiş mötəbər qonaqların, yazarların iştirakı ilə Milli Məclisin Mədəniyyət Komitəsinin mənəvi dəstəyi ilə, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB, “NƏFƏS” İB, “UNİTY Company”in təşkilatçılığı ilə keçirilib.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR