Azərbaycan Ərəb Dövlətləri Liqasına üzv olan ölkələrlə ikitərəfli əməkdaşlığa xüsusi önəm verir

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Prezident İlham Əliyevin Əlcəzairdə Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında çıxışında bir sıra mühüm məsələlərə toxunub. Bunlardan birincisi Fransanın Əlcəzairdə törətdiyi soyqırımı cinayətləri ilə bağlıdır. Prezident çıxışı zamanı deyib ki, Fransanın Əlcəzair xalqına qarşı törətdiyi zorakılığı, kütləvi qəddarlığı dünya heç zaman unutmamalıdır.

Dövlətimizin başçısı xüsusilə vurğulayıb: “Mən bu gün şəhidlərin xatirəsini yad etdim, Şəhidlər memorialını, eləcə də Mücahidlər Muzeyini ziyarət etdim və gördüklərim mənə çox təsir etdi. Fransanın Əlcəzair xalqına qarşı törətdiyi zorakılığı, kütləvi qəddarlığı dünya heç zaman unutmamalıdır. Fransa yüz ildən çox bir müddət ərzində Əlcəzair xalqına qarşı çox dəhşətli müharibə aparmışdır. Bu müharibə 1,5 milyon əlcəzairlinin ölümü ilə nəticələnmişdir. Bu gün biz bu faciəni anaraq gələcəkdə belə faciələrin qarşısının alınması üçün əlimizdən gələni etməliyik”.

Prezident İlham Əliyev “Fransa yüz ildən çox bir müddət ərzində Əlcəzair xalqına qarşı çox dəhşətli müharibə aparmışdır” söyləməklə saxta “erməni soyqırımı”nın təbliğatında öndə gedən rəsmi Parisi fakt qarşısında qoyub. Bu fikirlər eyni zamanda ermənipərəst dairələrin Türkiyəyə qarşı səsləndirdiyi saxta soyqırımı iddialarının neytrallaşdırılması baxımından çox əhəmiyyətlidir. Fransanın Əlcəzairi işğal altında saxladığı dövrdə ölkədə minalama işi aparmasına diqqət çəkən Prezident İlham Əliyev bildirib ki, Azərbaycan da mina terrorundan əziyyət çəkir. “Biz “Böyük Qayıdış” adlanan proqramın icrasına başlamışıq. Biz bunu öz resurslarımız hesabına edirik. Əfsuslar olsun ki, beynəlxalq donor təşkilatları bizə bu işdə yardım etmirlər. Biz özümüz bunu edirik. Bu gün Mücahidlər Muzeyini ziyarət edərkən mənə məlumat verildi ki, Fransanın işğalı zamanı fransızlar 5 milyondan çox mina basdırmışdı. Bu isə mənə bizim eyni ilə üzləşdiyimiz, hazırda əziyyət çəkdiyimiz işğal zamanı Ermənistan tərəfindən bir milyondan çox minanın basdırılmasını xatırlatdı. 2020-ci ilin noyabr ayında müharibə bitdikdən sonra minalar səbəbindən 260-dan çox azərbaycanlı həlak olmuş, yaxud ciddi yaralanmışdır”-deyə çıxışında İlham Əliyev söyləyib.

Prezidentin çıxışında həmçinin Zirvə toplantısına Qoşulmama Hərəkatının sədri kimi dəvət olunduğunu bildirib və Azərbaycanın Qoşulmama hərəkatındakı roluna toxunub. Prezidentin Qoşulmama Hərəkatının sədri kimi Sammitə dəvət olunması Azərbaycanın Qarabağ uğrunda apardığı mübarizənin, erməni cinayətlərinin ifşası və bu cinayətlərə bəzi beynəlxalq təşkilatların susmasının bəyan edilməsi baxımından böyük əhəmiyyətə malikdir. Ölkə başçısı çıxışı zamanı Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərə geniş yer verib. Ölkə başçısı çıxışı zamanı Ərəb Dövlətləri Liqasına daxil olan ölkələrlə Azərbaycan arasındakı münasibətlərin inkişafından danışıb. Azərbaycanın yeni güc mərkəzi kimi formalaşan Ərəb Dövlətləri Liqası ilə əlaqələrin genişlənməsi və ölkəmizin İslam həmrəyliyinə verdiyi töhfədir.

Prezident çıxışında deyib: Bu gün mən Sammitdə Qoşulmama Hərəkatının sədri kimi iştirak edirəm, lakin, eyni zamanda, bizim Ərəb Dövlətləri Liqasına üzv olan dövlətlərlə çox yaxşı münasibətlərimiz var. Əminəm ki, yaxın gələcəkdə də bizim əməkdaşlığımız genişlənəcək, yeni xarakter və yeni dinamika alacaq. Biz Ərəb Dövlətləri Liqasına üzv olan ölkələrlə ikitərəfli əməkdaşlığa da xüsusi önəm veririk. Biz aramızda olan qarşılıqlı dəstəyi və həmrəyliyi yüksək qiymətləndiririk”.

Qəhrəman Qasımov

Əməkdar müəllim, Qarabağ veteranı

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR