Azərbaycan TDT ilə bağlı Protokolu təsdiqləyir

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Azərbaycan “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında” Naxçıvan Sazişinə dəyişikliklər edilməsinə dair Protokolu təsdiqləyir

Agsaqqallar.com Report-a istinadən xəbər verir ki, protokolun təsdiq edilməsi barədə qanun layihəsi parlamentin aprelin 4-də keçiriləcək plenar iclasının gündəliyinə daxil edilib.

“Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında” Naxçıvan Sazişinə dəyişikliklər edilməsinə dair Protokol 2022-ci il noyabrın 11-də Səmərqənd şəhərində imzalanıb.

3 oktyabr 2009-cu il tarixində imzalanmış Naxçıvan Sazişinin 21-ci bəndinə uyğun olaraq hazırkı Protokol Sazişin ayrılmaz tərkib hissəsidir və Sazişə müəyyən olunan qaydada dəyişikliklər və əlavələr edir. Həmin dəyişikliklərdən biri, 12 noyabr 2021-ci il tarixli qərarla “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası”nın adını “Türk Dövlətləri Təşkilatı”na dəyişdirilməsini (TDT) və bununla əlaqədar Sazişdə müvafiq dəyişikliklər edilməsini nəzərdə tutur.

Protokola əsasən elm və təhsil sahəsində əməkdaşlığı, Türk dünyasının ümumi dəyərlərinin yayılması və tanınması, eləcə də Türk mədəniyyəti və irsinin qorunması və təşviqini həyata keçirmək məqsədilə Türk Akademiyası, habelə Türk Mədəniyyəti və İrsi Fondu TDT-yə bağlı təşkilatlar kimi fəaliyyət göstərəcəklər.

Eyni zamanda tərəflər Naxçıvan Sazişinin vəzifə və məqsədlərini həyata keçirmək üçün digər təşkilatlar və təsisatlar yarada bilərlər.

Hazırkı Protokol dövlətdaxili prosedurların yerinə yetirilməsi haqqında sonuncu yazılı bildirişin depozitari tərəfindən alındığı tarixdən sonrakı otuzuncu gün qüvvəyə minir. Protokolun depozitarisi Türkiyə Xarici İşlər Nazirliyidir.

Protokol bir əsl nüsxədə Azərbaycan, qazax, qırğız, türk, özbək və ingilis dillərində imzalanıb, bütün mətnlər eyni hüquqi qüvvəyə malikdir.

Saziş Türk dünyasında və beynəlxalq arenada əməkdaşlıq və əlaqələndirilmiş fəaliyyətin təmin olunmasında Türk Dövlətlər Təşkilatının rolunun daha da genişləndirilməsinə töhfə verəcək.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR