" />

Tapdıq ƏLİBƏYLİ: ZAMƏDDİN ZİYADOĞLU – 76

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Çağdaş poeziyamızın şəhdi-şəkər dillə desəm, hal-əhval “brend”i “Həncərisən, həncəri” şeirinə 66 nəzirə yazılmış ünlü şair dostum Hacı Zaməddin Ziyadoğlunu dünya gəldiyi gün, ömür təqviminin yeni ili münasibətilə, “Ağrın alem, həncərısən” “ilməli nəzirə-çələngimlə qutlayıram.

“Ağrın alem, həncərisən”?..
Şəhdi-şəkər dillə desəm:
Bal Zaməddin Ziyadoğlu,
Şövkətinə, şair, əhsən!

“Ağrın alem, həncərisən”?..
İlham pərin deyil küsən…
Sözə oldun hayıl-mayıl,
Misralrda şeir busən…

“Ağrın alem, həncərisən”?..
Könül istər tez-tez görsən.
Sən ki bir ruh, söz adamı,
Gözüm üstə, hər nə desən…

“Ağrın alem, həncərisən”?-
Əhvalımı sorub – bilsən…
Tapdıq deyər duaçıyam,
Sazlı-sözlü bir aləmsən …

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR