İlham Əliyevin Qoşulmama Hərəkatının nüfuzuna verdiyi töhfə – Sədriliyimiz 1 il daha uzadılır

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Qoşulmama Hərəkatına üzv dövlətlərin 3 illik sədrliyi 2022-ci ildə bitməli olan Azərbaycana Hərəkata əlavə 1 il sədrlik etmək barədə müraciəti ölkəmizin nüfuzunun, Prezident İlham Əliyevin qlobal liderlik keyfiyyətinin bariz göstəricisidir. Bu məqam bir daha Hərəkatın Azərbaycana olan etimadının, inamının növbəti təzahürüdür. Azərbaycan bu nüfuzu Hərəkata sədrlik etdiyi ötən illər ərzində göstərdiyi fəallıq, Təşkilatın inkişafında verdiyi tövhələr sahəsində qazanıb.

Məlumdur ki, ötən iki il ərzində insanlıq amansız COVİD-19 virusu ilə təhdid edilir. Dünyanı cənginə alan koronavirus qlobal iqtisadiyyata hökm edən dövlətləri belə çıxılmaz vəziyyətə qoydu, yüzminlərlə insan həyatını itirdi. Qlobal bəla Azərbaycandan da yan keçmədi. Bütün dünyada olduğu kimi Azərbaycanda da sərt karantin rejimi tətbiq olundu, iş yerləri müvəqqəti qapadıldı, demək olar ki, həyat durma nöqtəsinə gəldi. Amma Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan nəinki qısa müddətdə ölkə daxilində koronavirusa qarşı mübarizədə effektiv nəticələr əldə etdi, hətta dünyada COVİD-19-la mübarizəyə tövhə verməyi bacardı.

Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik edən bir ölkə kimi sosial və maddi problemlərlə üzləşmiş ölkələrə əl uzatması, 30-dan çox ölkəyə maliyyə və humanitar yardım göstərməsi, beynəlxalq təşkilatlara, o cümlədən ÜST-ə 10 milyon dollar məbləğində könüllü ianə verməsi buna bariz nümunədir. Həmçinin Prezident İlham Əliyevin təşəbbüsü ilə pandemiya problemi beynəlxalq müzakirəyə çıxarılıb, Türk Şurasının və Qoşulmama Hərəkatının Zirvə görüşü, BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilib.

Təbii ki, dünyada koronavirusun yeni mutasiyaların yayılması fonunda Azərbaycanın vaksinasiyaya verdiyi önəmi də xüsusi qeyd etmək lazımdır. Ölkə başçısı humanistlik nümayiş etdirərək, koronavirusa qarşı peyvəndlərin ədalətli bölüşdürülməsi, kasıb dövlətlərin vətəndaşları üçün vaksinlərin alınmasının təşkil edilməsi barədə təkliflər irəli sürmüşdü. İlham Əliyev Qoşulmama Hərəkatının sədri və Azərbaycan Respublikasının Prezidenti kimi dünyadakı “peyvənd milliyyətçiliyinə” açıq şəkildə qarşı çıxıb. Prezident “vaksin millətçiliyi”nin yolverilməzliyini, varlı dövlətlərin kasıb dövlətlərə qarşı göstərdiyi ögəy münasibəti sərt şəkil tənqid edib. İlham Əliyev peyvəndlərin bərabər paylanmasının vacibliyini bütün beynəlxalq tədbirlərdə dəfələrlə qeyd edib. Ədalətsiz vaksin bölgüsün aparılması fonunda ölkəmizin COVAX platformasının təşəbbüsünün tərəfdaşı kimi Özbəkistana 50 min doz AstraZeneka vaksini yardım kimi ayırması alqışalayiq addımdır. 

Ümumilikdə Azərbaycan QH-yə sədrliyi dövründə Hərəkatın beynəlxalq nüfuzunun, təsirinin gücləndirilməsi, üzvlərinin marağının qorunması, beynəlxalq hüququn və ədalətin müdafiəsi üçün böyük səylər göstərdi. Azərbaycanın beynəlxalq təşəbbüsləri Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən də yüksək dəyərləndirilir. Bütün bunlar ölkəmizin beynəlxalq nüfuzu baxımından çox müsbət hallardır.  Təbii ki, Azərbaycan Prezidentinin təşəbbüsü ilə həyata keçirilən bütün bu kimi humanist addımlar dünya liderlərinin diqqətini çəkməyə bilməzdi. Dünyanın nüfuzlu təşkilatı olan Qoşulmama Hərakatının ölkəmizlə əməkdaşlığa verdiyi önəm, ölkəmizin sədrlik müddətinin daha bir il uzadılması, artıq Azərbaycanın regionda deyil, həm də bütün dünyada xüsusi çəkisinin olmasının bariz nümunəsidir.

Missiya.Az 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR