" />

TAİB-in İdarə Heyətinin üzvü, tanınmış türk yazarı Şemsettin Kuzeçi Dünya Teatr Günü münasibətilə TRT kanalına müsahibə verib

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Türk Ağsaqqalları Birliyi- TAİB-in İdarə Heyətinin üzvü, tanınmış türk yazarı, “Kərkük” qəzetinin baş redaktoru Şemsettin Kuzeçi Dünya Teatr Günü münasibətilə TRT kanalına müsahibə verib.

Bu barədə Agsaqqallar.com saytına açıqlamasında Ş. Kuzəçi özü deyib.
O, bildirib ki, İraqda ilk türkmən və iraqlı teatr şəhidi 8 oktyabr 1974-cü il 2 oktyabr tarixində köhnə rejim tərəfindən edam edilən Şəhid Hüseyn Demirci (Tambal Abbas) olmuşdur.

“Hər teatr günü onu rəhmətlə anır, ruhuna dualar oxuyuruq. İraqda türkmən tayfalarını ərəbləşdirmək siyasətinin həyata keçirilməsi zamanı bir çox türkmən fədailəri edam edildilər. Bir çox türkmən şəhər və kəndlərinin adları dəyişdirildi. Türkcə danışmaq tamamilə qadağan edilmişdi. Türk dilində yazmaq, çap olunmaq qadağan edilmişdi. Teatr xadimi olan Hüseyn Demirçi də belə fədailərdən idi. Bu qəhrəman türk oğlunun şərəfinə Ankarada abidə ucaldılıb. Biz türk xalqı olaraq qəhrəmanlarımızı heç zaman unutmuruq və unutmağa da haqqımız yoxdur! Allah bütün fədailərə və şəhidlərə rəhmət eləsin!”-deyə TAİB üzvü vurğulayıb.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR