Münxen Təhlükəsizlik Konfransı Cənubi Qafqazda təhlükəsizliyin qurulmasına öz töhfəsini verə bilər

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Ötən həftə Almaniyada keçirilən qlobal təhlükəsizliyin ən mühüm toplantılarından biri hesab olunan Münxen Təhlükəsizlik Konfransına 40-a yaxın dövlət və hökümət başçısı, 50-yə yaxın xarici işlər və 25 müdafiə naziri, o cümlədən tanınmış beyin mərkəzləri, elm və vətəndaş cəmiyyəti təşkilatları və özəl sektor nümayəndələrindən ibarət ümumilikdə 850-də çox işirakçı toplanmışdır. Ənənəvi müdafiə və təhlükəsizlik siyasətindən tutmuş qlobal nizam, texnoloji dəyişiklik və insan təhlükəsizliyinə qədər bir çox məsələlər bu platformanın müzakirə mövzusudur.

59-cu dəfə keçirilən Münxen Təhlükəsizlik Konfransı 1963-cü ildən bəri hər il fəaliyyət göstərir. İlkin illərdə iştirakçıların sayı xeyli az idi. Zamanla Konfrans qloballaşan dünyada yeni təhdidlər, sosial və ekoloji təhlükələr qarşısında öz funksiyalarını genişləndirərək beynəlxalq bir platforma məkanına çevrildi. Bu platforma liderlər arasında xarici siyasət, təhlükəsizlik, enerji və digər çağırışlarla bağlı yüksək səviyyəli müzakirələr üçün unikal platformadır.
Bu platforma çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bir sıra dövlət və hökümət nümayəndələri və beynəlxalq səviyyəli nüfuzlu şirkət təmsilçiləri ilə ikitərəfli və üçtərəfli görüşləri oldu. Bu görüşlər zamanı Azərbaycanın Avropanın etibarlı tərəfdaşı olduğu, Avropanın enerji təhlükəsizliyində verdiyi töhfələr xüsusilə vurğulanmışdır. Avropa və Azərbaycan arasında həm enerji, həm də yüksək səviyyəli sıx diplomatik əlaqəlar mövcuddur. Azərbaycan Avropanın artan ehtiyacları müqabilində qaz nəqlini artırmaq niyyətindədir.
Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Boru Arzuları: Gələcək üçün Enerji Təhlükəsizliyi” mövzusunda dəyirmi masada istirak edən dövlət başçımız Azərbaycanın xarici investisiyalar üçün cəlbedici məkan olduğunu bildirmiş, ölkəmizin əhəmiyyətli nəqliyyat-loqistika potensialı imkanlarından bəhs etmişdir. Bərpaolunan enerjinin inkişafı istiqamətində Avropa İttifaqı ilə imzalanmış strateji sənədin vacibliyi qeyd olunmuşdur. Yaşıl enerji daxili təlabatımızı ödəməklə yanaşı, Avropaya ixrac edilməsi üçün də perspektivlər açır. Planlaşdırılan bütün layihələr həyata keçəndən sonra Azərbaycan Avropanın enerji təhlükəsizliyində öz töhfəsini verəcəkdir.
Konfransda diqqət çəkən məqamlardan biri də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında baş tutan görüş oldu. Görüş zamanı Azərbaycanın Ermənistanla münasibətlərinin normallaşması üçün sülh müqaviləsinin bağlanması ətrafında geniş müzakirələr aparıldı. Cənubi Qafqazda qalıcı sabitlik və təhlükəsizlik üçün sülh müqaviləsinin imzalanmasının əhəmiyyəti bir daha vurğulandı.
Münxendə fevralın 18-də Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinkenin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə birgə görüşü oldu. Görüşdən sonra televiziya kanallarına müsahibə verən Prezident İlham Əliyevin çıxışı diqqət çəkdi. Prezident İlham Əliyev görüşün konstruktiv keçdiyini, Ermənistanla sülh sazişinin imzalanması üçün şərtlərin mövcud olduğunu bildirdi. Ölkə rəhbərimiz tərəfindən sülh sazişində Qarabağ haqqında hər hansı müddəanın olmasının qəbuledilməzliyini tərəflərin diqqətinə çatdırıldı.
Bundan əlavə, Laçın-Xankəndi yolunda mövcud olan real vəziyyətin heç də Ermənistanın dünya ictimaiyyətinin diqqətinə çatdırmağa çalışdığı kimi hər hansı blokadadan deyil, Azərbaycan sərvətlərinin qanunsuz istismarına qarşı ictimai fəalların haqlı narazılığının məntiqi göstəricisi olduğu bir daha bəyan edildi. Cənab Prezident həmçinin Azərbaycan və Ermənistan sərhəddində ikitərəfli qaydada nəzarət-buraxılış məntəqələrinin vacibliyi qeyd etdi.
Əminliklə Münxen Təhlükəsizlik Konfransını Azərbaycan diplomatiyasının daha bir uğuru baxımından dəyərləndirə bilərik.

Eldəniz Zeynalov

Nizami Rayon İcra Hakimiyyətinin məsul işçisi

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR