" />

Ersin Tatar: “Mən üfüqdə yeni bir şey görmürəm”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Quzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) prezidenti Ersin Tatar İngiltərə və Kanada ali komissarlarının yunan Kiprinin yeni liderinin seçilməsindən sonra Kıbrıs mövzusunda “yeni bir hərəkətlənmə ehtimalı” fikir mübadiləsi etmək üçün onunla görüşdüklərini bildirib.

Agsaqqallar.com xəbər verir ki, Ersin Tatar Kıbrıs Türk tərəfi olaraq hər cür xoşməramlı yanaşmaya hazır olduqlarını qeyd edib. KKTC prezidenti lakin bu xoşməramlı yanaşma Kıbrıs Türk tərəfinin yeni siyasətinin “suveren bərabərlik və bərabər beynəlxalq status” üzərində qurulduğunu vurğulayıb.

Ersin Tatar yunan Kiprinin yeni lideri Nikos Christodoulidisin Kıbrıs haqqında “əslində fərqli bir şey söyləmədiyini” ifadə edib: “Mən üfüqdə yeni bir şey görmürəm”.

KKTC lideri həm İngiltərə Ali Komissarı İrfan Siddiq, həm də Kanada Ali Komissarı Karine Asselin ilə ayrı-ayrılıqda keçirdiyi görüşlərlə bağlı açıqlamalar verib.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR