İlham Əliyev Talış kəndinə gəlib, Novruz tonqalını alovlandırıb
Azərbaycan Prezidenti İlham Əliyev Talış kəndinə gəlib, Novruz tonqalını alovlandırıb.
Agsaqqallar.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Tərtər rayonunun Talış kəndinə gəlib, burada kəndin Baş planı ilə tanış olub, inzibati binada, uşaq bağçasında, tam orta məktəbdə yaradılan şəraitə baxıblar.
Sonra dövlət başçısı Talış kəndində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva martın 18-də Tərtər rayonuna səfər ediblər.
Oxşar Xəbərlər
- Azərbaycanın Gürcüstandakı Səfirliyi bu ölkədəki soydaşlarımızla birlikdə Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr edilmiş videokonfrans keçirmişdir
- Dünyanı təhdid edən problemlərin həlli baxımından Bakıda keçirilən Qoşulmama Hərəkatının Zirvə görüşü xüsusi əhəmiyyətə malikdir
- Azərbaycan Prezidenti: “Şuşa Zəfərimizin rəmzidir, Şuşa Zəfərimizin tacıdır”