Dünyanı təhdid edən problemlərin həlli baxımından Bakıda keçirilən Qoşulmama Hərəkatının Zirvə görüşü xüsusi əhəmiyyətə malikdir

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Bu həftə müxtəlif ölkələrin dövlət və hökümət rəhbərlərinin nümayəndələrinin iştirakı ilə Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü keçirildi. Beynəlxalq problemlərin daha effektiv yolunun həlli baxımından önəm kəsb edən tədbirdə yeni dünya nizami və yeni çağırışlar barədə geniş müzakirələr aparıldı.

Belə mötəbər beynəlxalq tədbirə Bakının ev sahibliyi etməsi Azərbaycanın artan nüfuzundan xəbər verir. 2019-cu ildən Qoşulmama Hərəkatı ölkələrinin yekdil qərarı ilə 2019-2022-ci illər üzrə sədrlik Azərbaycana həvalə edildi. İki il ərzində quruma sədrlik edən Azərbaycanın fəaliyyəti 120 üzv dövlət tərəfindən bəyənildi və Azərbaycanın sədrliyi daha bir ildə uzadıldı.
Azərbaycanın sədrliyindən sonra hərəkatın nüfuzu daha da artdı. Çünki Azərbaycanın sədrliyindən əvvəl qurumun beynəlxalq qərar və qətnamələrə təsiri yetərincə deyildi.
Beynəlxalq hüquq və ədalətin müdafiəsi, qlobal səviyyəli problemlərin həlli, dayanıqlı inkişaf və xüsusilə COVID-19-a qarşı qlobal səfərbərlik baxımından Azərbaycanın ortaya qoyduğu mövqe bütün üzv dövlətlər tərəfindən birmənalı olaraq dəstəkləndi.
Azərbaycan tərəfindən son dövrlərdə baş verən bir sıra qlobal çağırışlara çevik reaksiya verilməsi yönündə bir sıra məsələlərdə sərgilədiyi cəsarərli mövqe və təşəbbüslər təqdirə layiqdir. Azərbaycan Qoşulmama Hərəkatı adından BMT-nin insan hüquqları şurasında bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsi ilə bağlı irəli sürdüyü qətnamə 2021-ci ilin mart ayında yekdilliklə qəbul edildi. Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar maliyyə yardımı edən Azərbaycan Qoşulmama Hərəkatı ailəsinin üzvləri olan 80-dən çox ölkəyə koronavirusla bağlı ya ikitərəfli kanallar, ya da Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə maliyyə və humanitar yardım göstərdi. Bunla da bəzi varlı ölkələrin pandemiya ilə mübarizədə həyata keçirdiyi “peyvənd millətçiliyi” siyasətinə nümunə oldu.
Tədbir Azərbaycanın sədrliyi ilə hərəkat tərəfindən 3 il ərzində görülmüş işlər və qarşıda duran vəzifələrin icrası baxımından əhəmiyyətli idi. Hərəkatın gündəliyində COVID-19-a qarşı mübarizə ilə yanaşı, eyni zamanda hazırda dövlətlər üçün potensial təhdidlər fonunda ölkələr arasında dialoqun və əməkdaşlığın əhəmiyyəti öz vacibliyini qoruyurdu.
İclasa sədrlik edən ölkə başçımız cənab Prezident İlham Əliyevin nitqində beynəlxalq təşkilatların effektivsiz fəaliyyətinə diqqət çəkməsi artıq hər kəsə sirr deyil. Göründüyü kimi beynəlxalq təşkilatların qərarları ya icra olunmur, ya da selektiv xarakter daşıyır. İkili standartların tədbiq olunduğu, beynəlxalq hüquq və normaların icra olunmaması yeni təhdidlərin yaranmasına səbəb olur. Çünki həmin beynəlxalq təşkilatlar sülhə töhvə baxımından bəzi dövlətlərə təsir edə bilmir. Xüsusilə işlək mexanizm rolundan uzaqlaşan BMT-nin Təhlükəsizlik Şurasının tərkibinin genişləndirilməsinə ciddi ehtiyac var.
Bəzi imperialist siyasət yürütməyə çalışan dövlətlər digər dövlətlərin daxili işlərinə qarışır və öz müstəmləkəçilik siyasətini davam etdirməyə çalışır. Biz bunu Fransanın timsalında aydın görürürk. Qoşulmama Hərəkatının üzv dövlətlərinin bir çoxu Fransanın müstəmləkəçilik siyasətindən yaxa qurtara bilmir. Avropadan kənarda Fransanın Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməsi yönündə çağırışlar edildi.
Sonda təmsil olunan hər bir dövlət tərəfindən Azərbaycanın hərəkəta verdiyi töhvə və tövsiyyələr çox yüksək qiymətləndirildi. Bildirmək istəyirəm ki, səmərəli keçən Bakı Zirvə görüşü beynəlxalq təhdidlərin həlli və dialoqun davam etdirilməsi baxımından çox yaxşı fürsət idi.

Eldəniz Zeynalov
Nizami Rayon İcra Hakimiyyətinin məsul işçisi

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR