" />

TAİB-in mərkəzi ofisində “Güney Azərbaycan Hərəkatında qadınların rolu” adlı “dəyirmi masa” keçirilib

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Bu gün Türk Ağsaqqalları Birliyi- TAİB-in mərkəzi ofisində təşkilat üzvlərinin və qonaqların iştirakı ilə “Güney Azərbaycan Hərəkatında qadınların rolu” adlı “dəyirmi masa” keçirilib.

Tədbiri giriş sözü ilə açan təşkilatın sədr müavini, sabiq dövlət qulluqçusu Eyvaz Hünbətov bildirib ki, Güney Azərbaycan mövzusu gündəmdə olan bir mövzudur. Onun fikrincə, bu mözvu təkcə Azərbaycanın daxilində deyil, eləcə də dünya azərbaycanlılarının və türk dünyasının probleminə çevrilib: “Möhtərəm prezidentimiz İlham Əliyev bir neçə dəfə cənubi azərbaycanlıların hüquqlarının pozulması ilə bağlı açıq mesajlar verib” .

“Hamımız bilirik ki, Güney Azərbaycanda insanların hüquqları pozulur. Orada-tarixi torpaqlarında yaşayan qədim türklər öz doğma dillərində belə danışa, yaza bilmirlər. Üstəlik fars şovinizminin Azərbaycana qarşı olan təzyiq və təhdidləri də birmənalı olaraq İranın düşmən mövqeyini ortaya qoyur. Azərbaycan qadınları mübariz ruhları ilə bu günə qədər də mücadilələrindən əl çəkməyərək, bütöv Azərbaycan naminə meydandadırlar. Azərbaycanın birinci xanımı, I Vitse-prezidenti Mehriban xanım Əliyevanın nümunəvi, əhatəli fəaliyyəti örnək olaraq bütün Azərbaycan xanımlarına güc verir. Güneydən gələn səsə Quzeydən minlərlə səs verən insanların birliyi bir gün mütləq Azərbaycanı bütövləşdirəcək. “Dəmir yumruq” yerindədir hələ”- deyə E. Hünbətov vurğulayıb.

Tədbirdə qonaq qismində iştirak edən, İsveçdə yaşayan tanınmış şairə, jurnalist, 30-dan çox kitabın müəllifi Eluca Atalı öz çıxışında qeyd edib ki, Azərbaycan qadını təkcə Güney Azərbaycan hərəkatında deyil, bütün işlərdə fəal və mübarizdirlər: “16 ildir İsvecdə yaşayıram. Bu günə kimi 30-dan çox kitab yazmışam, kitablarım daha çox fəlsəfi, bədii, miniatür janrındadır, lakin müxtəlif janrlarda da yazıram. Əsas məqsədim usaqlara, insanlara, dünyaya kamilliyi, insanlığı təbliğ etməkdir.
Mən özümü daha çox Bütöv Azərbaycan yazarı olaraq görürəm. Ona görə ki, Azərbaycanın problemi ikiyə bölünəndən sonra başlayıb.
Bu yaxınlarda “İran Hizbullah zindanında” adlı kitabımın təqdimatı keçirildi. Bu kitabda İranda islam inqilabının baş vermə səbəbləri, inqilabın İran cəmiyyətinə və bəşəriyyətə gətirdiyi fəlakəti yüksək bədii keyfiyyətlərlə təsvir etmişəm. Eyni zamanda milli taleyüklü dərdimiz olan Güney Azərbaycan mövzusu da əsərin mərkəzində durur. Bu gün Güney Azərbaycan şovinist farsların əlindədir. Xaricdə yaşayan bütün azərbaycanlıların ürəyi İranda əzilən insanlarımızın ürəyi ilə bir döyünür. Biz, Azərbaycan qadınları hər zaman olduğu kimi, yenə də, bu hərəkatın iştirakçısı olaraq, Azərbaycan həqiqətlərini və türk xalqlarının həqiqətlərini israrla dünyaya çatdırmaqda davam edəcəyik”.

Daha sonra çıxış edənlər, TAİB-in Qadınlar Şurasının üzvləri AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun filologiya elmlər doktoru Xuraman Hümbətova, şairə Sara Göyçəli, Gənclər Təşkilatının sədr müavini Qadir Quliyev, İdarə Heyətinin üzvləri Nüsrət Paşayev, Zaməddin Həmişəyev, Elnur Eltürk, Şərafət Şəfa, hərbi ekspert Natiq Əlisoy da öz çıxışlarında ölkənin birinci xanımı Mehriban Əliyevanın nümunəvi fəaliyyətindən danışaraq, dövlətin qadın siyasətinin uğurlu davam etməsinin bəhrəsi olaraq qadınlarımızın hər sahədə geniş fəaliyyətindən, böyük arenalardan və meydan hərəkatındakı rolundan bəhs ediblər.

O da vurğulanıb ki, bu gün Azərbaycan qadını əxlaqı, zəkası, mədəniyyəti ilə dünya qadınlarına nümunədir. 44 günlük Vətən savaşında şəhid, qazi analarının mətinliyi bunun bariz nümunəsidir.
Tədbir ərəfəsində Eluca Atalıya TAİB-in bayrağı hədiyyə olunub. Yazar xanım da öz növbəsində təşkilatın kitabxanasına öz kitablarını hədiyyə edib.
Sonda xatirə şəkillərİ çəkilib.

Mətbuat xidməti

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR