Türk Ağsaqqalları Birliyi-TAİB-in Gənclər Təşkilatının iclası keçirilib

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Türk Ağsaqqalları Birliyi-TAİB-in Gənclər Təşkilatının iclası keçirilib

Agsaqqallar.com xəbər verir ki, 26 noyabr 2022-ci il tarixində keçirilən görüş zamanı gənclər strukturun formalaşması və yeni strategiyaların müəyyən olunması ərtafında müzakirə ediblər. Əsasən, Türk dövlətləri arasındakı əlaqələrin artırılması və Türk dünyasınındakı gənclərin birgə fəaliyyətini təmin etmək üçün qərarlar qəbul edilib.

Gənclər Məclisinin üzvüləri təklif ediblər ki, yeni komitələr yaradılsın və komitələrə seçilmiş gənclər müəyyən olunmuş istiqamətlərdə fəaliyyət göstərsinlər.

Türk Ağsaqqalları Birliyinin Gənclər Təşkilatının sədri Sübhan Xıdırzadə və sədr müavini Elgün Rüstəmli gənclərin təkliflərini dinləyiblər və yekun olaraq qəbul olunmuş qərarların icra olunması üçün Əvəz Orucovun rəhbərliyində komissiyanın yaradılmasına qərar veriblər.

Qeyd edək ki, Gənclər məclisinin növbəti görüşü 3- dekabr 2022-ci il tarixində olacaq.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR