8 Mart Beynəlxalq Qadınlar Gününə dair Nizami rayonunda şəhid anaları və xanımları ilə görüş keçirilib – FOTOLAR

Yazı fontunu küçültür Yazı fontunu büyütür

8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Nizami rayonunda şəhid anaları və xanımları ilə görüş keçirilib.

Agsaqqallar.com xəbər verir ki, Missiya Media Qrupu və Türk Ağsaqqalları İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən görüşdə əvvəlcə şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edilib.

Missiya TV internet kanalının və Missiya.Az informasiya portalının Baş Redaktoru Nicat Dağlar çıxış edərək bildirib ki, Nizami rayonunda bu kimi tədbirlər artıq ənənə halını alıb.

N. Dağlar qeyd edib ki, Missiya Media Qrupunun sosial aksiyaları bilavasitə Qurumun rəhbəri TAİB-in təsisçisi Ramin Əhmədovun təşəbbüsü və dəstəyi ilə həyata keçirilir və dövlət siyasətindən irəli gələn çağırışlara əsaslanır.

Tədbirdə, həmçinin, Azərbaycan qadınınn cəmiyyətdəki rolu barədə geniş söhbət açılıb və birinci vitse-prezident Mehriban Xanım Əliyevanın timsalında Azərbaycan qadınının cəmiyyətin inkişafına verdiyi misilsiz töhvələrdən bəhs olunub.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR