BDU-nun təşkilatçılığı ilə Özbəkistanda keçirilən beynəlxalq konfrans başa çatıb

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Bakı Dövlət Universiteti, Özbəkistanın Andijan Dövlət Universiteti və Türkiyənin Ege Universitetinin birgə təşkilatçılığı ilə keçirilən “Avrasiyanın biomüxtəlifliyinin mühafizəsi: müasir problemlər, həllər və perspektivlər” mövzusunda I Beynəlxalq konfrans başa çatıb.

Agsaqqallar.com AZƏRTAC-a istinadən xəbər verir ki, konfrans zamanı Andijan Dövlət Universitetinin rektoru Akramjon Yuldasev BDU-nun Biologiya fakültəsinin dekanı Afət Məmmədova, Biokimya və biofizika kafedrasının müdiri Rövşən Xəlilov, Biotibbi materiallar kafedrasının müdiri Ülviyyə Həsənovadan ibarət nümayəndə heyəti ilə görüşüb.

Görüşdə birgə əməkdaşlığın qurulması, hər iki tərəf üçün əhəmiyyət kəsb edəcək layihələrin hazırlanaraq həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

BDU-nu konfransda təmsil edən alimlərə “Andijan Dövlət Universitetinin Fəxri professoru” adı verilib.

Sonda seçilmiş məruzəçilərə sertifikatlar və xatirə hədiyyələri təqdim olunub.

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR