TAİB-in GT üzvü, gənc bəstəkar Nicat Hümbətli: “Gənclərin Vətəndaş cəmiyyətində iştirakı vacibdir”
TAİB-in GT üzvü, gənc bəstəkar Nicat Hümbətli:
“Bu gün gənclər siyasətinin uğurlu nəticələr verməsi Ulu Öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Dahi rəhbərin müstəqil Azərbaycanın qurucusu olması ilə yanaşı, Azərbaycan xalqına ən böyük töhfələrindən biri də Gənclər siyasətinin əsasını qoymasıdır. Gəncləri, tələbələri və yeniyetmələri xüsusi diqqətdə saxlayan, onların inkişafı üçün daim əlindən gələni edən Ümummilli Liderimiz gənclərə güvənirdi”.
Bu sözləri Agsaqqallar.com saytına açıqlamasında TAİB-in Gənclər Təşkilatının üzvü, gənc bəstəkar, Türkiyənin Akdeniz Universitetinin tələbəsi Nicat Hümbətov deyib.
Dövlətimizin elmə, təhsilə, mədəniyyətə və digər sahələrə göstərdiyi qayğıdan danışan gənc üzv bildirib ki, bu gün Prezident İlham Əliyev də gəncləri aparıcı qüvvəyə çevirmək və onların sosial-iqtisadi problemlərinin həlli istiqamətində məqsədyönlü siyasət aparır.
“ Biz gənclər də dövlətimizin bizə yaratdığı şəraitdən bəhrələnərək, etimadı doğrultmağa, ölkə xaricində Azərbaycanı təmsil edən bir gənc kimi məsuliyyətimizi dərk edərək, Azərbaycanı layiqincə təmsil etməyə çalışırıq. Ölkə həqiqətlərini dünyaya tanıtmaq, dövlətimizə dəstək olmaq, biz gənclərə yaradılan şəraitdən daha səmərəli istifadə etmək üçün Vətəndaş cəmiyyətində iştirakımızın vacibliyini anlayırıq. Ona görə də biz bu gün Türk Ağsaqqalları Birliyinin tərkibində yaradılmış Gənclər Təşkilatında müdrik ağsaqqallardan məsləhət alaraq, tövsiyyələrini dinləyərək uğurlara imza atırıq. Mən belə gözəl ölkədə yaşadığım üçün özümü xoşbəxt hiss edirəm. Bir gənc kimi hər zaman fəaliyyətimizdə dövlətimizin, Prezidentimizin dəstəyini hiss etmişəm.
Hər zaman dövlətimin, prezidentimin yanındayam”, – deyə TAİB üzvü vurğulayıb.
Qeyd edək ki, Nicat Hümbətov Missiya.Tv-yə müsahibə verib. Müsahibəni təqdim edirik.