Türkmənistan Prezidenti TÜRKSOY-un Baş katibini qəbul edib

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Aşqabadda Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibi Sultan Rayevi qəbul edib.

TÜRKSOY-dan AZƏRTAC-a verilən məlumata görə, TÜRKSOY Baş katibini ölkəsində görməkdən məmnunluğunu ifadə edən Prezident Sərdar Berdiməhəmmədov bildirib ki, türk dünyasının qardaşlığının genişləndirilməsi Türkmənistanın xarici siyasətində mühüm yer tutur. Bu xüsusda TÜRKSOY-un fəaliyyətinin çox faydalıdır.

Tərəflər Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv Ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının 39-cu iclasının qərarı ilə 2024-ün “Məxdumqulu Fəraqi ili” elan olunmasına, eləcə də həmin il Türkmənistanın Anev şəhərinin türk dünyasının mədəniyyət paytaxtı seçilməsi layihəsinə aid işlərə, həmçinin TÜRKSOY-un 30-cu ildönümü münasibətilə tədbirlərə və gələcəkdə Türkmənistanın TÜRKSOY-da təmsilçisinin təyin edilməsi məsələsi ətrafında fikir mübadiləsi aparıblar.

Türkmənistanın TÜRKSOY-un layihələrində fəal rol oynamağa hazır olduğunu, bu istiqamətdə bütün dəstəyin veriləcəyini diqqətə çatdıran Prezident Sərdar Berdiməhəmmədov türk dünyasında mədəniyyət sahəsində həyata keçirilən işlərin əhəmiyyətli inkişafından məmnuniyyətini ifadə edərək Baş katibi Sultan Rayevə gələcək fəaliyyətində uğurlar arzulayıb.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR