İlham Əliyev: “Dağlıq Qarabağ” ifadəsi daha etibarlı deyil

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Dağlıq Qarabağ” ifadəsi daha etibarlı deyil.

Agsaqqallar.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclasda çıxışında deyib.

“Diqqətinizə çatdırım ki, “Dağlıq Qarabağ” ifadəsi daha etibarlı deyil. Ümumiyyətlə, bu, rus sözləridir. “Naqorno” sözünün mənası dağlıq deməkdir”, – deyə dövlətimizin başçısı bildirib.

Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidinin olmadığını vurğulayan Prezident İlham Əliyev qeyd edib: “Əlbəttə, bu səbəbdən mən tərəfdaşlarımızdan xahiş etmək istərdim ki, Azərbaycanın suverenliyinə və Konstitusiyasına hörmətlə yanaşsınlar. Erməni əhalinin olduğu Azərbaycanın Qarabağ bölgəsi mövcuddur”.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR