Tarixi dostluq və qardaşlıq əlaqələri

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 

Prezident İlham Əliyevin iyunun 21-də Özbəkistan Respublikasına səfəri iki dost ölkələrin strateji münasibətlərinin möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Pandemiya dövründən sonra Cənab Prezidentimizin ilk xarici səfərinin məhz bu qardaş ölkəyə etməsi rəmzi məna daşıyır. Azərbaycan və Özbəkistan arasında münasibətlər çox məhsuldar və səmərəlidir. İki ölkə arasında diplomatik münasibətlərin 1995-ci il oktyabrin 2-də qurulmasına baxmayaraq, xalqlarımız arasında tarixən dostluq və qardaşlıq əlaqələri mövcud olmuşdur.1996-cı ilin ortalarında Azərbaycanın Özbəkistanda, 1998-ci may ayında isə Özbəkistanın Bakıda səfirlikləri fəaliyyətə başlamışdır. Özbəkistanın sabiq Prezidenti İslam Kərimovun 1996-cı il mayın 26-27-də Azərbaycana səfəri zamanı “Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında dostluq və qardaşlıq haqqında” müqavilə imzalanıb, 1996-cı ilin oktyabrın 21-22-də Heydər Əliyev Türkdilli Ölkələrin Dövlət başçılarının IV Forumunda və Əmir Teymurun 660 illik yubilley mərasimində iştirak etmək üçün Daşkənddə səfərdə olub.
1997-ci il iyun ayının 18-19-da Heydər Əliyevin Özbəkistana rəsmi səfəri ilə iki ölkə arasında münasibətlərin inkişafında yeni mərhələyə qədəm qoyulub. Həmin səfər zamanı “Azərbaycanla Özbəkistan arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, dostluq və tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi haqqında müqavilə” imzalanıb.
2004-cü il mart ayının 23-24-də Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanda rəsmi səfərdə olub və “Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirlməsi haqqında Bəyannamə” imzalanıb.
Ölkələrimiz qlobal arenada, beynəlxalq təşkilatlar səviyyəsində milli maraqlara dair bütün məsələlərdə bir-birini daim dəstəkləyiblər. Özbəkistan keçmiş Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyini daim dəstəkləyib və bu gün işğaldan azad olunmuş əzəli torpaqlarımızda aparılan quruculuq işlərində Özbəkistan da yaxından iştirak edir.
Bu tarixi bağlılıq, ölkələrimiz arsında dərin köklərə malik isti münasibətlər bu gün də davam etdirilir. Cənab Prezidentimizn Özbəkistana növbəti səfəri bunun bariz sübutudur.
Səfər çərçivəsində Daşkənddə Heydər Əliyev Meydanının açılışı olub. Ulu Öndərimizin xatirəsinin dost ölkədə belə əziz tutulması xalqımıza olan böyük sevginin təzahürüdür. Meydanın açılış tədbirində Özbəkistan Prezidentinin söylədiyi “Bu gün biz tarixin dərslərini nəzərə almaqla Heydər Əlirza oğlu Əliyevin nadir şəxsiyyətinə bir daha dərin ehtiramımızı bildiririk” fikirlərini bütünlükdə özbək xalqının Azərbaycanın dahi oğluna verdiyi ən ali qiyməti hesab edirik. Çıxışında Özbəkistanın ali rəhbəri iki xalqın tarixi əlaqələrinin inkişafında Heydər Əliyevin tarixi töhvələrini diqqətə çatdırıb. “Azərbaycan xalqının Ümummilli Lideri özbək xalqına həmişə böyük hörmətlə yanaşırdı”- deyən Özbəkistan Prezidenti Heydər Əliyevin Azərbaycan-Özbəkistan münasibətlərinin inkişaf etdirilməsində xüsusi xidmətlərini önə çəkib.
Cənab Prezidentimizin Özbəkistana səfəri əsası Ulu Öndər tərəfindən qoyulmuş iki xalq arasındakı münasibətlərin inkişafında əhəmiyyətli rol oynayacaqdır. Azərbaycan və Özbəkistan Prezidentləri tərəfindən imzalanmış “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirlməsi haqqında Bəyannamə” iki ölkə arsında münasibətlərin bundan sonra da bütün sahələr üzrə inkişafında əsaslı zəmin yaradır.

Valeh Əmrahov
Nizami Rayon Gənclər və İdman İdarəsinin əməkdaşı

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR