TAİB-in İdarə Heyətinin üzvü Elvin Hasan: “Şimali Makedoniyada bu gündən matəm elan olunub – Bağrımız qan ağlayır”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Türkiyə və Suriyada baş verən dəhşətli zəlzələ ümumtürk dünyasının bağrını qana döndərdi. İnsan tələfatının çoxluğu Türkiyəni matəmə boğdu. Suriyada da zəlzələ nəticəsində çoxlu sayda insan təlafatı olduğuna görə Şimali Makedoniyada bu gündən matəm elan olunub”.
Bu sözləri Agsaqqallar.com saytına açıqlamasında TAİB-in İdarə Heyətinin üzvü, Şimali Makedoniyanın sabiq (eski) naziri Elvin Hasan deyib.
O, bildirib ki, əsrin ən böyük və dəhşətli təbii fəlakəti baş verib. Bu fəlakət nəinki Türkiyəni bütünlükdə türk dünyası üçün böyük acı və üzüntüdür.
“Biz Şimali Makedoniyada olsaq da, Türkiyədə baş verən faciəni anbaan izləyir və böyük sarsıntı içindəyik. Ümid edirik ki, Türkiyə bu ağır günlərin də öhdəsindən gələcək, bu sınaqdan mətinliklə çxacaq. Hazırda başda Azərbaycan olaraq, türk dövlətlərinin və bir çox dünya dövlətlərinin dəstəyi nəticəsində hazırda zəlzələ baş verən zonalarda xilasetmə işləri aparılır. Həyatını itirənlərə üzüldüyümüz qədər də sağ qalanlara sevinirik. Allah türk dünyasını bir daha belə ağır sınağa çəkməsin. Mən də həlak olanlara Allahdan rəhmət, yaralılara şəfa diləyirəm. Allah türk dünyasını qorusun”– deyən TAİB üzvü Azərbaycandan qardaş ölkəyə axan yardım və dəstəyə görə də minnətdarlığını bildirib.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR